“Azərbaycan Dəmir Yolları” kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı vaqon sayını artırır

Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı coğrafiyasının genişlənir, xurma, alma kimi məhsullar mövsümi xarakter daşıdığından şimal istiqamətində bu tipli daşımalarda artım qeydə alınıb. Həm yerli, həm də tranzit yük maşınları ilə bağlı yaranmış sıxlıqla əlaqədar dəmir yol nəqliyyatı ilə bu daşımalarda istifadə olunan qapalı vaqonlara olan tələbat artmışdır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda bildirilir ki, şimal istiqamətində yerləşən stansiyalarından Rusiya Federasiyası istiqamətində ixrac olunan kənd təsərrüfatı məhsullarının daşınmasına əvvəlki dövrlərdə olduğu kimi ümumilikdə 358 vaqon cəlb edilmişdir.
"Yaranmış sıxlıqla əlaqədar olaraq qısa zaman ərzində digər marşrutlarda istismar olunan 30 ədəd vaqon kənd təsərrüfatı məhsullarının daşınması üçün ayrılmışdır.
“Azərbaycan Dəmir Yolları” QSC hazırda ixrac olunan kənd təsərrüfatı məhsullarının daşınmasında yaranmış sıxlığın qarşısının alınması məqsədilə əlavə əməliyyat tədbirləri görməkdədir. Belə ki, hazırda bu istiqamətdə prioritet tədbirlər çərçivəsində qısa marşrutlardan istifadəyə üstünlük verilməsi planlaşdırılır ki, bu da öz növbəsində qeyd olunan marşrut üzrə yük əməliyyatının sürətlənməsinə və vaqon dövriyyəsinin 2-3 dəfəyə qədər artmasına səbəb olacaqdır",- QSC-dən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
21 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
21 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 21 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
