Türkiyənin avtomobili TOGG-un ilk nüsxəsi istehsaldan çıxdı
Prezident Rəcəb Tayyib Ərdoğan ilk avtomobili istehsal xəttindən şəxsən çıxarıb.Türkiyənin yerli və milli avtomobili Togg-un kütləvi istehsalının həyata keçiriləcəyi zavodun açılışı olub.
Marja.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində yerləşən zavodun açılış mərasimi prezident Rəcəb Tayyib Ərdoğanın gəlişi ilə başlayıb.
Açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ilk Togg avtomobili istehsal xəttindən çıxarılıb. Ərdoğan avtomobili mərasim sahəsinə gətirdikdən sonra çıxışına başlayıb.
Beləliklə, Togg-un kütləvi istehsalına başlanılıb. 2023-cü ilin fevralından Togg-un satışına başlanacaq. Avtomobilin qiyməti bazar şərtlərinə rəqabətli bir səviyyədə müəyyən ediləcək.
Togg-un əqli və sənaye mülkiyyət hüquqları 100% Türkiyəyə məxsusdur. Togg-un bir qlobal marka olması hədəflənir.
8 il ərzində 1 milyon avtomobil istehsal edilməsi nəzərdə tutulur.
Togg 100% elektrik enerjisi ilə hərəkət edən nəqliyyat vasitəsidir.
Togg-un sosial media səhifələrində belə bir məlumat paylaşılıb:
"İlk ağıllı cihazımız olan C-SUV istehsaldan çıxdı. Planlarımıza uyğun olaraq C-Sedan və C-X Coupe versiyalarının da istehsalna başlamaq üçün işləri davam etdirirk".
— Togg (@Togg2022) October 29, 2022
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
- 25 d. əvvəl
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























