SOCAR prezidenti Aşqabad şəhərinə səfər edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti 27-ci "Türkmənistanın nefti və qazı - 2022" beynəlxalq sərgi və konfransında iştirak etmək məqsədilə Türkmənistanın paytaxtı Aşqabad şəhərinə səfər edib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, “Türkmənistanın nefti və qazı - 2022" beynəlxalq sərgi və konfransının “Enerjinin gələcəyi – yeni çağırışlar və imkanlar” mövzusunda keçirilən plenar sessiyasında çıxış edən Rövşən Nəcəf Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından bəhs edib, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun ölkələrimiz üçün neft-qaz sektorunda faydalı əməkdaşlıq baxımından yeni imkanlar açdığını vurğulayıb.
SOCAR prezidenti Cənub Qaz Dəhlizinin ölkəmiz ilə yanaşı, region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Bugünədək Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarıldığını qeyd edən Rövşən Nəcəf, həmçinin SOCAR-ın neft-qaz sektorundakı çoxşaxəli fəaliyyəti, Xəzər hövzəsində malik olduğu imkanlar və uzunmüddətli strateji hədəfləri barədə danışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)







