Yüksək Texnologiyalar Parkının istismar proqramı layihəsi çərçivəsində Forum keçirilir

Bu gün Azərbaycan Texniki Universitetində Yüksək Texnologiyalar Parkı (YTP) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində təşkil olunmuş Forum öz işinə başlayıb.
Forumun açılış mərasimində çıxış edən Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramının layihə rəhbəri, STEPI-nin baş elmi işçisi Eun Joo Kim 2022-2024-cü illəri əhatə edən “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın gücləndirilməsi” layihəsinin təqdim etdiyi imkanlar barədə məlumat verib. Bildirib ki, bu layihə STEPI ilə YTP-nin əməkdaşlığının davamı olaraq texnoparklar üçün xarakterik olan əsas istiqamətlərin - texnologiyaların transferi və kommersiyalaşdırılması və startap-inkubasiyanı əhatə etməklə bu sahələrdə Koreya təcrübəsinin öyrənilməsi və tətbiqini qarşıya məqsəd qoyur.
E.J.Kim layihənin cari ildəki fəaliyyətinin davamı olaraq rəhbərlik etdiyi, STEPI ilə yanaşı, Koreya universitetləri və dövlət qurumlarını təmsil edən şəxslərdən ibarət Koreya nümayəndə heyətinin bugünkü Forumda iştirak və Azərbaycada fəaliyyət göstərən ali təhsil müəssisələri, elm və innovasiya mərkəzləri ilə tanışlıq məqsədilə Azərbaycanda səfərdə olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Azərbaycan Texniki Universitetin rektoru, professor Vilayət Vəliyev layihənin texnoparkın əməliyyat potensialının və rəqabət qabiliyyətinin əsas təlim proqramları vasitəsilə gücləndirilməsi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılması və inkişafına dəstək verilməsi, eləcə də istismar təcrübəsinin artırılması baxımından vacib olduğunu qeyd edib, forumun uğurlu nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov layihə üzrə cari ilin mart ayında STEPI və AMEA-nın rəhbərləri, o cümlədən hər iki ölkənin səfirlərinin iştirakı ilə başlanğıc görüşünün keçirildiyini xatırladıb, iyul ayında məlumatların yayılması seminarının təşkil edildiyini diqqətə çatdırıb. O, həmçinin mart ayından etibarən hər ay Koreyalı mütəxəssislərin təqdimatında “Bilik laboratoriyası” formatında texnologiyaların kommersiyalaşdırılması, əqli mülkiyyət, startap və inkubasiya, universitet-sənaye əməkdaşlığı istiqamətləri üzrə 7 onlayn mühazirədə 200-dən artıq benfisiar qrup üzvləri üçün təlimlərin keçirildiyini qeyd edib.
V.Abbasov layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq texnologiyaların transferi və elmin kommersiyalaşdırlması üzrə onlayn platformanın innovasiya ekosisteminin istifadəsinə veriləcəyini də diqqətə çatdırıb.
Forumda Koreya Respublikasının Azərbaycandakı səfiri Eun Yong Lee təbrik nitqi ilə çıxış edərək, layihənin iki ölkə üçün önəmindən bəhs edib, forumun işinə uğurlar arzu edib.
Daha sonra Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramının layihə rəhbəri, STEPI-nin baş elmi işçisi Eun Joo Kim proqram haqqında məlumat verib, YTP-nin şöbə müdiri, layihənin koordinatoru Bünyamin Seyidov isə birgə əməkdaşlıq məsələlərinə dair çıxış edib.
Forum işini sessiyalarla davam etdirib. Sessiya iclaslarında yerli ekspert Samir Vəliyevin moderatorluğu ilə “Bilik laboratoriyası formatında keçirilən onlayn mühazirələrin nəticələrinə dair”, “Koreyada texnologiyanın kommersiyalaşdırılması idarəetməsi”, “Koreyada əqli mülkiyyətin idarəedilməsi”, “Koreyada texnologiyaların kommersiyalaşdırılması proqramı”, “Koreyada universitet startapları”, “Koreyada insan resurslarının inkişafı” mövzuları üzrə məruzələr dinlənilib.
Tədbirin ikinci günündə yerli ekspert Aysel Abdullayevanın moderatorluğu ilə “Azərbaycanda texnologiyaların kommersiyalaşdırılmasının hazırkı vəziyyəti və Strateji Planın nəticəsi”, “Texnologiya Transferi və Kommersiyalaşdırma Platforması” sessiyaları üzrə müzakirələrin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, forumun sonunda iştirakçılara STEPI tərəfindən sertifikatlar təqdim ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
14 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
