Unibankdan "Leobank layihəsi" açıqlaması
Bank, rəqəmsal kanallardan istifadə etməklə, say etibarı ilə aparılan əməliyyatların toplam əməliyyat həcmindəki payını tarixi maksimuma - 92%-ə çatdırıb, məbləğ olaraq isə bu əməliyyatlarda 86% artım olubLeobank layihəsi çərçivəsində tətbiq olunan məsafəli bank xidmətləri konsepsiyası, müştərilər üçün maliyyə xidmətlərinin əlçatanlığını və bununla da ölkə əhalisinin maliyyə xidmətlərinə əhəmiyyətli dərəcədə marağının artırılmasına xidmət etmişdir.
Marja.az xəbər verir ki, bu, Unibank-ın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bank xidmətlərindən aktiv faydalanan əhalinin sayi 2 dəfədən çox artaraq, 850 mini keçib:
"Unibank, bank xidmətləri ilə əhatə edilən yeni istifadəçilərinin nümunəsində, bank xidmətlərindən aktiv istifadə etməyən, o cümlədən bank hesabina əvvəllər malik olmayan əhalinin banka cəlb olunmasını da təmin edib. Belə ki, Leobank layihəsi çərçivəsində tətbiq olunan məsafəli bank xidmətləri konsepsiyası, müştərilər üçün maliyyə xidmətlərinin əlçatanlığını və bununla da ölkə əhalisinin maliyyə xidmətlərinə əhəmiyyətli dərəcədə marağının artırılmasına xidmət etmişdir. Bununla da rəqəmsallaşdırma hədəfləri çərçivəsində bank, rəqəmsal kanallardan istifadə etməklə, say etibarı ilə aparılan əməliyyatların toplam əməliyyat həcmindəki payını tarixi maksimuma - 92%-ə çatdırıb, məbləğ olaraq isə bu əməliyyatlarda 86% artım olub".
Qeyd edilib ki, Unibank kartları üzrə nağdsız əməliyyatların sayı 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxalıb, həcmi isə 4 dəfədən çox artaraq 3,1 milyard manatı ötüb.
HƏMÇİNİN OXU: Unibank maliyyə göstəricilərini açıqladı
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
20 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























