KOBİA, İctimai Şuranın üzvlüyünə namizədlərin qəbulunu elan edir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması ilə əlaqədar üzvlüyə namizədlərin qəbulu elan edilir.
KOBİA yanında İctimai Şuranın fəaliyyətində üzv kimi iştirak etmək istəyən biznes assosiasiyaları və birlikləri, vətəndaş cəmiyyətini təmsil edən və əsas fəaliyyəti sahibkarların hüquqlarının təbliği və qorunması olan, bu sahədə geniş təcrübəyə malik ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları öz namizədləri barədə KOBİA tərəfindən formalaşdırılmış Seçki komissiyasına müraciət edə bilərlər. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Seçkilər Seçki komissiyasının müəyyən etdiyi tarixdə və yerdə keçiriləcəkdir.
Müraciət etmək üçün tələb olunan sənədlər:
- Namizədin ərizəsi;
- Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- Namizədin təmsil olunduğu vətəndaş cəmiyyəti institutunun qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarışının surəti;
- Müraciət etmiş vətəndaş cəmiyyəti institutunun İctimai Şurada təmsil olunmasını istədiyi nümayəndə barədə həmin və ya digər vətəndaş cəmiyyəti institutunda onun üzvlüyünü (rəsmi vəzifəsini) (əgər varsa) təsdiq edən sənəd və İctimai Şuraya rəsmi olaraq üzv qəbul edilməsini tövsiyə edən məktub;
- Namizədin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının və digər təsdiqedici sənədlərin surəti).
Yuxarıda qeyd edilən sənədlər 25.10.2022-ci il tarixdən etibarən 20 iş günü ərzində (23.11.2022-ci il saat 18:00-dək) kağız daşıyıcıda KOBİA-nın Atatürk prospekti, 134 ünvanında yerləşən inzibati binasına gəlməklə və ya elektron formada [email protected] elektron poçt ünvanına göndərilməklə təqdim edilə bilər.
Vətəndaş cəmiyyəti institutuna və onun irəli sürdüyü namizədə dair tələblər aşağıdakılardır:
- vətəndaş cəmiyyəti institutunun aktiv fəaliyyətinin olması;
- namizədin məhkumluğu olduğu təqdirdə onun götürülmüş və ya ödənilmiş olması.
İctimai Şuraya namizədliyini irəli sürmüş şəxsin qeydiyyatına Seçki komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və nəticəsi barədə müvafiq qərar qəbul edilərək məlumat veriləcəkdir.
Əlavə məlumat üçün: (012) 404 04 01 (daxili 162) və ya (+994) 55 589 69 39.
Qeyd: 2018-ci ildən etibarən fəaliyyət göstərən KOBİA yanında İctimai Şura qurumda ictimai iştirakçılığı təmin etməklə, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyətinə ictimai nəzarəti həyata keçirir. İctimai Şuranın üzvlərinin say həddi 15 nəfər olmaqla Seçki komissiyası tərəfindən müəyyən edilmişdir və Şuranın tərkibi 2 ildən bir keçirilən seçkilər vasitəsilə formalaşır. KOBİA yanında İctimai Şuraya sonuncu dəfə seçkilər 2020-ci ildə keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























