İpoteka kreditləri portfeli 100 milyon manata yaxın artıb, biznes kreditləri 1 milyard manata yaxınlaşıb
"Kapital Bank" ASC tərəfindən müştərilərə verilmiş kreditlər artmaqda davam edir.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayının sonu ilə müqayisədə "Kapital Bankı"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 762 milyon 120 min manat və ya 30,8% artaraq 30 Sentyabr 2022-ci il tarixində 3 milyard 234 milyon 143 min manata çatıb.
O cümlədən, istehlak kreditləri portfeli 327 milyon 52 min manat artaraq 1 milyard 866 milyon 657 min manata, biznes kreditləri portfeli 338 milyon 106 min manat artaraq 992 milyon 120 min manata, ipoteka kreditləri 96 milyon 962 min manat artaraq 375 milyon 366 min manata çatıb.
30 Sentyabr 2022-ci il tarixində "Kapital Bank"ın xalis kredit portfeli (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric) 2 milyard 855 milyon 233 min manat təşkil edib. 30 Sentyabr 2021-ci il tarixində "Kapital Bankı"ın xalis kredit portfeli 2 milyard 121 milyon 328 min manat təşkil etmişdi.
HƏMÇİNİN OXU: "Kapital Bank"ın xalis mənfəəti kəskin artıb
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
20 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























