Asiya mətbəxinin yeməkləri qaraciyər xərçənginə yol açır
Asiyada çiy balıq ətindən hazırlanan yeməklər çox populyardır.
Həkimlər həyəcan təbii çalaraq xəbərdarlıq edirlər ki, belə yeməkləri sevmək qaraciyərdə yuva salan və qaraciyər xərçəngi riski yaradan parazitlərə yoluxmaqla nəticələnə bilər.
Bu səbəbdən Tailandda öd yolları xərçəngi göstəricilərinin (xolangiokarsinomalar) yüksək olmasında təəccüblü heç nə yoxdur. Sadəcə yerli əhali çox vaxt ədviyyatlı çiy balıq yeyir. Nəticədə şirin suda yaşayan balığın yastı qurdları nəzərə çarpmadan öd yollarına daxil olub, uzun illər ərzində orada təhlükəli iltihab prosesi törədir. Məlum olduğu kimi, xroniki iltihabın sonu xərçəng xəstəliyidir.
Qaraciyər xərçəngi riski 2-ci tip diabet və artıq çəki ehtimalını da artırır. Amerika Onkologiya Cəmiyyətinin əməkdaşları 1,57 milyondan çox yaşlı insanın iştirakı ilə 14 tədqiqatın məlumatlarını təhlil ediblər. Könüllülər çəki, boy, siqaret çəkmək, spirtli içki içmək və xərçənglə bağlı başqa amillər barədə suallara cavab veriblər. Tədqiqatın əvvəlində iştirakçılardan heç biri xərçəngdən əziyyət çəkməyib.
Tədqiqat göstərib ki, bədənin kütlə indeksi (BKİ) artdıqda kişilərdə qaraciyər xərçənginin inkişaf riski 38 faiz, qadınlarda isə 25 faiz artır. Belin həcmi artanda isə onun hər 5 santimetri üçün qaraciyər xərçəngi ehtimalı 8 faiz yüksəlir.
İkinci tip şəkərli diabet xəstələrində qaraciyər xərçəngi diabetdən əziyyət çəkməyənlərlə müqayisədə iki dəfə çox inkişaf edir. Tədqiqat iştirakçılarında BKİ göstəricisi nə qədər çox olubsa, qaraciyər xərçəngi riski bir o qədər yüksək olub. Alimlər insanları öz çəkilərini nəzarətdə saxlamağa çağırırlar.
25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)





