Respondentlərin 52,6%-i ölkəmizdə tramvayın fəaliyyət göstərməsini istəyir
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 24,9 milyon sərnişinə xidmət göstəriblər.
MTM (Media Təhlil Mərkəzi) bunu nəzərə alaraq, vətəndaşların ictimai nəqliyyatla bağlı fikirlərini öyrənib.
Sorğuda iştirak edən 1733 respondentin 42%-ni qadınlar, 58%-ni kişilər təşkil edib.
İlk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 86%-i ictimai nəqliyyatdan mütəmadi, 12,1%-i nadir hallarda istifadə edir. İştirakçıların 1,9%-i ictimai nəqliyyatdan istifadə etmədiyini deyib.
Nəticələr göstərir ki, respondentlərin 62,1%-i avtobusdan, 26,8%-i metrodan, 8,7%-i taksidən, 2,4%-i sürət qatarından daha çox istifadə edir.
Sorğu iştirakçılarının 52,6%-i ölkəmizdə tramvayın, 34,6%-i metrobusun, 12,8%-i trolleybusun fəaliyyət göstərməsini istəyir.
Bir neçə variant seçmək imkanına malik olan respondentlərdən ictimai nəqliyyatın işinə mənfi təsir edən əsas amillər soruşulub. Cavablar aşağıdakı kimidir:
Avtobusların hərəkət cədvəlindəki uzun fasilələr – 72,3%;
Tıxaclar – 69,5%;
İritutumlu avtobusların olmaması – 33,2%;
Sürücülər – 30,2%;
Sərnişinlər – 19%.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















