AccessBank SIBOS 2022 Beynəlxalq Bankçılıq Forumunda
(®) AccessBank ənənəvi olaraq keçirilən SIBOS 2022 Bankçılıq Forumunda iştirak edir. Amsterdamda baş tutan tədbirdə Bankı Beynəlxalq Əlaqələr və Xəzinədarlıq departamentinin rəhbəri Dinara Cavadova təmsil edir. O, forum çərçivəsində Raiffeisen Bank International, Societe Generale, Deutsche Bank kimi tərəfdaş banklarla görüşəcək: “SİBOS bank sektorunda çalışanlar üçün müzakirələr aparmaq və ən son bankçılıq trendləri ilə tanış olmaq üçün əsas fürsətdir. Forum həm də mövcud tərəfdaşlarla bir araya gəlmək, yeniləri ilə tanış olmaq üçün geniş imkanlar yaradır.”
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan SİBOS qlobal pandemiyadan sonra ilk dəfədir ki, canlı ünsiyyət şəklində keçirilir.
Qlobal maliyyə təşkilatları, fintex və müstəqil ekspertlərin qatıldığı SİBOS 2022-in əsas mövzusu “Dəyişən dünya üçün mütərəqqi maliyyə”dir. Tədbirdə 250-dən çox məruzəçi rəqəmsal mühit, qeyri-müəyyənlikdə uğur qazanmaq, davamlı inkişaf və biznes etikası mövzularında çıxış edəcəklər.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 10 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























