"Azercell" 5G-nin istifadəsinə hazırlaşır
Azercell şirkəti 5G şəbəkəsinin istifadəyə verilməsi məqsədilə 29 sentyabr 2022-ci il tarixində daxili sınaq prosesini uğurla başa çatdırıb.
Bu barədə Marja.az-a şirkətdən bildirilib.
Qeyd edilib ki, simsiz rabitə texnologiyasının beşinci nəsli abunəçilər, müəssisələr, qurğu və maşınlar arasında bağlantını genişləndirməyə imkan verən tam yeni səviyyəli şəbəkəni dəstəkləyir. Simsiz 5G texnologiyası daha yüksək Gb/s-li yükləmə sürəti, ultra-aşağı səviyyədə gözləmə, daha yüksək davamlılıq, geniş şəbəkə tutumunu və daha mütərəqqi istifadəçi təcrübəsini təmin edir.
5G şəbəkəsinin quraşdırılması Əşyaların İnterneti (IoT) texnologiyasının potensialını yüksəldərək daha az gözləmə müddətli daha yüksək bağlantıya şərait yaradacaq. 5G xidmətinin tətbiqi və genişləndirilməsi müəssisələr üçün texnoloji həll istiqamətlərini əsaslı şəkildə yüksəldəcək və ucdan-uca istifadəçi təcrübəsi üçün yeni üfüqlər açacaqdır.
Digər texniki hazırlıqlar da tamamlandıqdan sonra Azercell şirkəti 5G xidmətlərinin göstərilməsinə razılıq alınması üçün müvafiq qurumlara müraciət etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















