Boeing vergi təşviqləri ilə uçur
ABŞ-ın dövlət tərəfindən ən çox dəstəklənən şirkəti Boeing-in rekord səviyyədəki təşviqlər sayəsində demək olar ki, heç vergi ödəməməsinə reaksiyalar artır.
"Marja" xəbər verir ki, mütəxəssislər, nəhəng şirkətlərə verilən maliyyə stimullarının iqtisadiyyata faydadan çox zərər gətirdiyini düşünürlər.
Dünya Ticarət Təşkilatının (ÜTT) Amerikanın aviasiya nəhəngi Boeing-ə qarşı vergi təşviqləri ilə bağlı son qərarı, məsələ ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.
Avropa Birliyinin (Aİ) şikayəti ilə əlaqədar istintaq başladan ÜTT, ötən günlərdə ABŞ-ın qərbindəki Vaşinqton ştatının Boeing-ə təmin etdiyi 8,7 milyard dollarlıq vergi sərbəstliyinin, haqsız rəqabətə səbəb olduğuna dair hökm çıxartmışdır.
Sözügedən vergi sərbəstliyinin 90 gün ərzində ləğv edilməsini istəyən təşkilat, hələlik çətin görünsə də, gələcəkdə Boing-in ABŞ-ın ən çox dəstəklənən şirkət adını itirməsinə yol aça bilər.
ABŞ-da yerli və federal icra orqanlarının şirkətlərə verdiyi təşviq və kreditlərin iznə düşən qeyri-hökumət təşkilatı Good Jobs First-in araşdırmalarına görə, son 15 ildə 702 federal və 293 yerli vergi təşviqindən istifadə edən Boeing, ölkədə dövlət tərəfindən ən çox dəstəklənən şirkətdir.
Bütövlükdə təxminən 14,3 milyard dollara çatan bu təşviqlərin, 12 milyard dollarlıq mühüm bir hissəsi Vaşinqton ştatı tərəfindən verilir. Cənubi Karolina, Missuri, Alabama və Oklahoma kimi əyalətlər də aviasia nəhənginə ciddi vergi sərbəstliyi təmin edir.
Citizens for Tax Justice-ın tədqiqat hesabatına görə, Boeing aldığı vergi təşviqləri sayəsində son 10 ildən artıq müddətdir ki, əyalətlərə bir qəpik də vergi ödəməyib.
Bundan başqa, şirkətin hər il milyardlarla dollarlıq tenderləri aldığı, federal hökumətə də bəzi illər heç vergi ödəmədiyi görünür. Vaşinqtonda yerləşən Vergi və İqtisadiyyat Siyasəti İnstitutunun təhlillərinə görə, şirkət vergi məcəlləsindəki boşluqlardan istifadə etməyi yaxşı bilir.
ABŞ-da şirkətlərə qarşı institusional vergi nisbəti 35%-dir. Buna görə, orta hesabla illik mənfəəti təxminən 4,5 milyard dollar olan şirkətin kobud hesabla normalda ödəməsi lazım olan illik vergi məbləği 1,5 milyard dolları üstələyir.
Buna qarşı, Boeing-in aldığı vergi sərbəstlikləri, güzəştlər və hüquqi boşluqlar sayəsində nə əyalətlərə, nə federal hökumətə vergi ödəmədiyi iddia edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
39 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
4 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq





















