Dollar/TL həftəyə rekordla başladı
Bloomberg Dollar İndeksi rekordunu yeniləyərkən, dollar/TL də tarixi zirvəsini yeniləyib.Dollar/TL məzənnəsi həftəyə yeni rekordla başlayıb.
Marja xəbər verir ki, məzənnə 18,4491 səviyyəsini görərk rekord səviyyəsini yeniləyib.
Keçən həftə FED-in faiz artırmasının təsiri və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 100 bəndlik faiz endirimi ilə dollar/TL məzənnəsi 2021-ci ilin dekabr ayında qeydə alınmış rekordunu yeniləmişdi.
Qlobal bazarlarda heç bir valyuta dollar qarşısında dayana bilmir. Funtdakı böyük itkilərin təsiri ilə Bloomberg Dollar İndeksi 1,1 faiz artaraq 1354,5 punkta yüksələrək rekord həddə çatıb.
Böyük Britaniyada yeni Baş nazir Liz Trassın aqressiv vergi endirimləri paketi funtun dollar qarşısında rekord aşağı səviyyələrə düşməsinə səbəb olub. Böyük Britaniyanın fiskal sabitliyinə şübhələr artıb və funt sterlinq 5%-ə qədər də dəyər itirərək 1,0384 dollara düşüb. Paketin inflyasiyanı daha da artıracağı gözlənilir.
Avro 0,7% ucuzlaşaraq son 22 ilin ən aşağı səviyyəsinə – 0,9550 dollaradək düşüb. Avro Bölgəsində iqtisadi tənəzzülün başlaması, enerji böhranı və Rusiya-Ukrayna müharibəsi ilə bağlı qorxular ortaq valyutanın zəifləməsinə səbəb olur.
Beynəlxalq Maliyyə İnstitutu (IIF) dollar/TL-nin ədalətli dəyərini yeniləyib. IIF-nin baş iqtisadçısı Robin Brooks, dollar/TL-də ədalətli dəyəri 16,50-dən 21-ə qaldırdıqlarını açıqlayıb. Brooks, epidemiyadan əvvəlki dövrdə bu dəyərin 5,50 olduğunu xatırladıb.
Həmçinin oxu
Avro və funt sterlinq rekord aşağı səviyyələrə düşdüMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























