“Boeing” şirkəti 737 MAX ilə bağlı yanlış məlumatlara görə 200 milyon dollar cərimə ödəyəcək
Daha 1 milyon dolları isə şirkətin keçmiş rəhbəri Dennis Mehlenberq ödəyəcəkAmerikanın “Boeing” şirkəti, “Boeing 737 MAX” təyyarəsinin təhlükəsizliyi ilə bağlı investorları çaşdırdığı iddiaları ilə bağlı 200 milyon dollar cərimə ödəyəcək. Daha 1 milyon dollar isə keçmiş baş direktor Dennis Melenberq tərəfindən ödəniləcək.
Marja xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) saytında dərc edilmiş bəyanatda deyilir.
SEC-in Boeing və Mehlenberg-ə qarşı əmrlərində, onların federal qiymətli kağızlar qanunlarının saxtakarlığa qarşı müddəalarını səhlənkarlıqla pozduqları bildirilir. Qeyd olunur ki, zərər çəkən investorların maraqları üçün xüsusi fond yaradılacaq.
Açıqlamaya görə, şirkət və onun rəhbəri Boeing 737 MAX 8-in iştirakı ilə baş vermiş iki təyyarə qəzasının birincisindən sonra əmin ediblər ki, bu təyyarə “səmada indiyədək uçmuş digər təyyarələr kimi təhlükəsizdir”.
2018-ci il oktyabrın 29-da İndoneziyada "Lion Air" şirkətinə məxsus Boeing 737 MAX 8 təyyarəsi qəzaya uğrayıb, 189 nəfər həlak olub. 2019-cu il martın 10-da Efiopiyada Efiopiya Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həlak olub. Boeing rəhbərliyi daha sonra etiraf etdi ki, hər iki halda təyyarə qəzaya uğramazdan əvvəl MCAS sisteminin göyərtəsində nasazlıq yaranıb. Bundan sonra bir çox ölkələr, o cümlədən Rusiya, ABŞ və Avropa Birliyi təhlükəsizlik səbəbi ilə bu seriyalı təyyarələrin istismarını dayandırıb.
2019-cu ilin dekabrında Mehlenberq istefa verib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















