Qlobal metal qiymətləri ilə bağlı proqnozlar aşağı salındı
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi iqtisadi artım gözləntilərinin dəyişməsi, tələb və təklifin dinamikası ilə əlaqədar metalların dünya qiymətləri ilə bağlı proqnozlarını aşağı salıb.
Bu barədə agentliyin hesabatında bildirilib.
Xüsusilə, London Metal Birjasında (LME) mis qiymətləri 2022-ci ildə bir ton üçün 8,7 min dollar (əvvəllər - 9,5 min dollar), 2023-cü ildə 8 min dollar (8,5 min dollar) səviyyəsində proqnozlaşdırılır.
2024-2025-ci illər üçün “Fitch” metalın qiymət proqnozunu bir ton üçün 7,5 min dollar səviyyəsində saxlayıb. Agentlik misin qiyməti üzrə proqnozun aşağı salınmasını qlobal iqtisadi artımın yavaşlaması və təklif perspektivləri ilə müqayisədə qısa müddətdə zəif tələbin gözlənilməsi ilə əlaqələndirib ki, bu da 2023-cü ildə kiçik profisitə səbəb ola bilər.
Agentliyin proqnozlarına görə, alüminiumun qiyməti 2022-ci ildə bir ton üçün 2,7 min dollara (əvvəllər - bir ton üçün 2,95 min dollar), 2023-cü ildə bir ton üçün 2,5 min dollara (2,6 min dollar) düşəcək. Agentlik həmçinin 2024-2025-ci illər üçün proqnozu müvafiq olaraq 2,5 min dollar və 2 min dollar səviyyəsində saxlayıb.
Agentlik bildirib ki, Çin tikinti bazarının zəifliyi ilə əlaqədar alüminiuma tələbatın azalması qısa müddətdə qiymətlərə təsir göstərəcək. Bununla belə, enerji qiymətlərinin artması bir çox bazarlarda istehsalın gəlirsiz olmasına səbəb ola bilər ki, bu da qiymətlərin daha da aşağı düşməsinə mane ola bilər.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























