“Azərlotereya” ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO
(®) "Azərlotereya" ASC "Əmanətə sədaqət" devizinə əsaslanaraq vətən uğrunda canlarından keçmiş şəhidlərimizin bizə yadigar qalan ailə üzvləri üçün təhsil təqaüdü proqramını davam etdirir. Şirkət təqaüd ayırdığı Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirib.
Tədbir canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin, o cümlədən 13-14 sentyabr tarixlərində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçilərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə “Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və təqaüdlə təmin olunan tələbələr iştirak ediblər.
“Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışında şəhidlərimizin ailələrini diqqət mərkəzində saxlamağın hər birimizin borcu olduğunu vurğulayıb: “Azərlotereya” ASC olaraq ölkəmizin inkişafında əhəmiyyətli sahələrdən olan təhsil sahəsində vacib layihələrin keçirilməsinə, eləcə də Vətənimizin azadlığı uğrunda canlarını fəda vermiş şəhidlərimizin ailələrinə dəstək olmağa çalışırıq. Məqsədimiz şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin prioritet siyasətinə dəstək göstərmək, həmin ailələrin qayğı ilə əhatələnməsinə nail olmaqdır”.
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı da şəhidlərin əmanətinə sahib çıxmağın önəmli olduğunu vurğulayıb: “Bu istiqamətdə dövlət tərəfindən çox mühüm işlər görülür. Eyni zamanda şəhid ailələrinə korporativ sosial məsuliyyət layihəsi çərçivəsində şirkətlərin, dərnəklərin sahib çıxması böyük əhəmiyyət daşıyır. Bu baxımdan “Azərlotereya” ASC-nin, “Demirören Holding” şirkətinin, Elm və Təhsil Nazirliyi, eləcə də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə reallaşdırdığı “Əmanətə sədaqət” layihəsi örnək göstərilə biləcək layihədir”.
Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışlarında “Azərlotereya”ya şəhid ailələrinə ayrılan diqqətə görə təşəkkür edib, təqaüd proqramının şəhid övladlarının parlaq gələcəyinə töhfə verəcəyinə inandıqlarını bildiriblər.
Daha sonra çıxış edən şəhid polkovnik leytenant, Vətən müharibəsi Qəhrəmanı Əfqan Əbdürrəhmanovun qızı, Azərbaycan Dillər Universitetinin tələbəsi Hilalə Əfqan təqaüd alan tələbələr adından “Azərlotereya” ASC, Elm və Təhsil Nazirliyi, həmçinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə təşəkkür edib.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin Elm və Təhsil Nazirliyi, eləcə də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 62 nəfəri əhatə edir ki, onlardan 55-i Azərbaycanda, 7-si Türkiyədə təhsil alır. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır. “Azərlotereya” ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
3 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var




















