Azərbaycanda 7 BOKT-un xalis mənfəəti azalıb

Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 16-nın ötən il (xalis) mənfəəti əvvəlki illə müqayisədə çox olub.
Bunlar “TCF”, “Premier Kredit”, “City Finance”, “FİNKA Azərbaycan”, “TBC Kredit”, “Kredex”, “International”, “Qafqaz-Kredit”, “İdeal Kredit”, “Avrasiya-Kredit”, “Aqrarkredit”, “MCB”, “Embafinans”, “PSG Finans”, “Merkuri” və “Brand Credit” BOKT-lardır. Ən yüksək dinamika “TCF”də (9,3 dəfə), ən aşağı dinamika isə “Brand Credit”də (4,5%) qeydə alınıb.
7 BOKT-un – “Kredit Servis”, “Azmikroinvest”, “Viator Mikrokredit Azərbaycan”, “Asel Kredit”, “Finoko”, “Effektinvest” və “Kəpəz”in isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Kəpəz”də (76%), ən az azalma isə “Kredit Servis”də (25,5%) qeydə alınıb.
4 BOKT-un – “Prior Credit”, “Azinvestkredit”, “Birkart” və “Kredaqro”nun (xalis) zərəri artıb, 5 BOKT-un – “Gold Finance”, “Union Kredit”, “Para”, “Azərbaycan Mikrokredit Azərbaycan” və “İcraçı Kredit Agentliyi”nin (xalis) zərəri azalıb.
8 BOKT – “Azkredit”, “Falcon Finance”, “İDK”, “İnkişaf üçün maliyyə”, “M Bulak”, “MJ Financial Services”, “Regional” və “Viza Kredit” 2021-ci ili (xalis) mənfəətlə, 2020-ci ili (xalis) zərərlə, 1 BOKT - “Finex Kredit” ötən ili (xalis) zərərlə, əvvəlki ili isə (xalis) mənfəətlə başa vurub, 1 BOKT-un “Aset Maliyyə Texnologiyaları”nın həm 2021-ci ildə, həm də 2020-ci ildə mənfəəti (eyni zamanda zərəri) olmayıb, 1 BOKT - “Optimal Finance” ötən ildən mənfəətlə çıxıb, əvvəlki il isə mənfəəti olmayıb. Odur ki, bu kredit təşkilatlarının (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
1 BOKT - “SF Azerbaijan” bazara bu il, 4 BOKT - “Azfinans”, “Finkapital”, “FNC” və “Nas Project” isə bazara ötən il daxil olub. 8 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian Invest”, “Finans İnvest”, “Finans Kredit”, “Fintrend”, “Omni Finance” və “Pro Kredit” (xalis) mənfəətinin / zərərinin dinamikasını açıqlamayıb.
5 BOKT-un ötənilki (xalis) mənfəəti 1,5 milyon manatdan çoxdur.
Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 12-si ötən ili zərərlə başa vurub.
“Gold Finance”, “Nas Project”, “Azinvestkredit”, “Azpul”, “Union Kredit”, “Birkart”, “Azərbaycan Mikro-Kredit”, “İcraçı Kredit Agentliyi”, “Finex Kredit”, “Prior Credit”, “Kredaqro” və “Para” BOKT-lardır. Zərərin ən yüksək həddi “Para”da (5,414 milyon manat), zərərin ən aşağı həddi isə “Gold Finance”da (18 min manat) qeydə alınıb.
1 BOKT-un – “Aset Maliyyə Texnologiyaları”nın gəlirləri və xərcləri olmayıb.
33 BOKT isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 5-də bu göstərici 1,5 milyon manatdan çox olub. Bunlar “Embafinans” (3,336 milyon manat), “M Bulak” (3,089 milyon manat), “FİNKA Azərrbaycan” (2,611 milyon manat), “PSG Finans” (1,975 milyon manat) və “City Finance” (1,701 milyon manat) BOKT-lardır.
Qalan 28 BOKT-dan 3-nün (xalis) mənfəəti 1-1,5 milyon manat arasında, 25 BOKT-un (xalis) mənfəəti isə 1 milyon manatdan azdır.
1 BOKT – “SF Azerbaijan” bazara bu il daxil olub, 9 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azfinans”, “Caspian Invest”, “Finans İnvest”, “Finkapital”, “Fintrend”, “FNC”, “Omni Finance” və “Pro Kredit” (xalis) mənfəətinin / zərərinin məbləğini açıqlamayıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Ziraat Bank Azərbaycan”dan yüksək göstəricilərlər - mənfəəti 63% artıb
-
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 11 saat əvvəl
Son Xəbərlər

AYNA Nazirlər Kabinetinin taksilərə dair qərarını şərh edib

“Unibank”ın son maliyyə vəziyyəti məlum oldu

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

"Premium Bank"ın əməliyyat mənfəəti artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi
