Tam yeni Hyundai Accent artıq Azərbaycanda!
Hyundai markasının Azərbaycanda rəsmi distribyuteri “Auto Azərbaycan” şirkəti Yeni Accent modelinin satışına başlayıb.
Şirkətdən “Marja”ya bildirildi ki, artıq Yeni Accent Hyundai salonlardadır. Azərbaycanda Accent 3 fərqli spesifikasiyada “Elegance 1.6 Benzin”, “Comfort 1.6 Benzin” və “Comfort 1,4 Benzin” satışa təqdim olunur.
Yeni sedan sələfi ilə müqayisədə 3 samtimetr uzun və enli olmuşdur. Beləliklə, yeniAccent modelinin qabarit uzunluğu 4405 millimetrə, eni isə 1729 millimetrə bərabərdir. Yığcam sedanın təkər bazasının uzunluğu 2600 millimetr təşkil edir. Avtomobilin təkər izi də genişlənmişdir.
Bundan əlavə, baqaj bölümünün həcmi 10 litr artaraq 480 litrə çatmışdır. Digər tərəfdən, avtomobil Elantra modelindən tanış olan yeni yarımsərbəst asqını da əldə etmişdir. Hyunadi Accent gücü 107 at qüvvəsindən 99 at qüvvəsinə azaldılmış 1,4-litrlik mühərriklə təchiz edilir.
Qeyd etmək lazımdır ki, mühərrikin fırlanma anı da 135 Nm-dən 132 Nm-ə qədər a zaldılmışdır.
1,6-litrlik mühərrik isə dəyişən uzunluqlu və ikinci fazadəyişəni olan daxilolma kollektoru ilə təchiz edilir. Mühərrikin gücü əvvəlki kimi 123 at qüvvəsi təşkil etsə də, fırlanma anı 150 Nm qədər azaldılmışdır. Güc aqreqatları altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə komplektləşdirilə bilər.
Bir müddət sonra modelin mühərrik çeşidinə 2,0-litrlik mühərrik də daxil ediləcəkdir. Accent modeli dörd təchizat səviyyəsində təklif ediləcəkdir: Active, Active Plus, Comfort və Elegance.
Avtomobil standart olaraq sürücü və sərnişinin təhlükəsizlik yastıqları, ön elektrik şüşəqaldıranlarla, stabilizasiya sistemi, şinlərdəki təzyiqə nəzarət sistemi ilə təchiz ediləcəkdir. Active Plus səviyyəsi güzgülərin elektriklə idarə edilməsini, USB portu olan audiosistemi, ön oturacaqların qızdırılmasını əldə edəcəkdir. Comfort səviyyəsi dəri sükan, kondisioner, arxa elektrik şüşəqaldıranlar, mərkəzi kilid və Bluetooth sistemi ilə öyünə bilər. Ən bahalı variant isə parktronik, işıq vericisi, klimat-kontrol, naviqasiya, linzalı fənərlər və duman əleyhinə işıqlar ilə təchiz ediləcəkdir. Əlavə ödənişlə alın şüşəsinin və arxa oturacaqların qızdırılmasını, döngələrin işıqlandırılmasını, açarsız giriş və arxa görüntü kamerasını sifariş etmək mümkündür.
Siz də rəsmi satış mərkəzlərinə yaxınlaşın və 2018-ci il, Tam Yeni Hyundai Accent modelini sınaqdan keçirin. Ətraflı məlumat üçün telefon 989
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 11 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
16 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 17 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)





.jpg)



