Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər
Qarşıdakı illərdə sahil avarçəkməsi üzrə dünya və ya Avropa çempionatı Bakıda təşkil oluna bilər.
Məsələ ilə əlaqədar Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov ilə Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) prezidenti Jan Kristof Rolland arasında İsveçrənin Lozanna şəhərində keçirilmiş görüşdə fikir mübadiləsi aparılıb. Tərəflər bu istiqamətdə işlərin davam etdirilməsinə dair razılığa gəliblər.
FISA-nın mənzil-qərargahında baş tutan görüşdə Azərbaycanda avarçəkmənin tarixi, inkişaf mərhələsi, bu günü və gələcək planları haqqında məlumat verilib.
Bildirilib ki, hələ ötən əsrin ortalarında ümumilli lider Heydər Əliyevin ilk hakimiyyəti dönəmində Azərbaycanda 11 müstəqil avarçəkmə klubu fəaliyyət göstərib. O vaxtlar təşkil edilmiş “Mingəçevir Reqatası”nda nəinki Sovetlər Birliyi, eləcə də Avropanın bir çox ölkələrinin idmançıları iştirak edib. 1964-cü ildə istifadəyə verilən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçmiş SSRİ ölkələri ilə yanaşı, əvvəlki Yuqoslaviya, Bolqarıstan, hətta Kuba komandaları da təlim-məşq keçib.
Vüqar Əhmədov dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana və idmançılara böyük diqqət ayırdığını söyləyib: "İlham Əliyevin müvafiq tapşırıqları əsasında “Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2010-cu ildə əsaslı təmir edilib. Hazırda bütün beynəlxalq standartlara tam cavab verən “Kür”də Bakı-2015 I Avropa Oyunlarının kayak və kanoe yarışları yüksək səviyyədə təşkil olunub".
Görüş zamanı Azərbaycan idmançılarının beynəlxalq reqatalar – Avropa və dünya çempionatları, həmçinin Yay Olimpiya Oyunlarında çoxsaylı mükafatlar qazanması FISA prezidentinin diqqətinə çatdırılıb. Cari ilin mayında Suqovuşan su anbarında və Mingəçevirdə təşkil olunmuş kayak-kanoe və akademik avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku reqatası ilə bağlı videoçarx Rollanda nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycanda avarçəkməni daha da inkişaf etdirmək üçün yeni su hövzələrinə baxış keçirilir və müvafiq infrastrukturun yaradılması üçün işlər görülür.
Görüş zamanı qarşılıqlı əlaqələrin gələcək inkişafı, beynəlxalq qurum rəhbərinin Azərbaycana səfərinin təşkili müzakirə olunub.
FISA prezidenti görülən işləri yüksək qiymətləndirib və AKAF-a hər zaman dəstək verməyə hazır olduqlarını deyərək, federasiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)






