BOKT “Kəpəz”in 14% gəlir vəd edən istiqrazlarının satılacağı tarix açıqlandı
26 avqust 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Kəpəz” MMC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjadan Marja-ya daxil olmuş məlumata görə, 6 sentyabr 2022-ci il tarixində BOKT “Kəpəz” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 1000 ədəd, hər birinin nominal dəyiri 1000 manat, illik faiz dərəcəsi 14%, tədavül müddəti 48 ay, kupon faizlərin ödəniş müddəti 30 gündən birdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verdiyimiz kimi, 1 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kəpəz” MMC-nin tədavül müddəti 48 ay olan AZ2008020805 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Sifarişin nominal qiymətlə ümumi məbləği 1 milyon manat, yerləşdirilmiş həcmi də 1 milyon manat təşkil edib. İstiqrazın illik faiz dərəcəsi 16%, faiz ödənişləri isə hər 90 gündə bir dəfə olmaqla investorlara ödənilir. İstiqrazların ödəmə tarixi 01.09.2026-cı ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ



















.webp)






