“Bank Respublika” növbəti irihəcmli kredit müqaviləsi imzaladı
Bank Respublika və Niderland İnkişaf Bankı 20 milyon dollar dəyərində kredit müqaviləsi imzalayıb.“Bank Respublika” ASC və Niderland İnkişaf Bankı (FMO) növbəti irihəcmli kredit müqaviləsi imzalayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, iki qurum arasında əməkdaşlıq 2006-cı ildən davam edir. Bu müddət ərzində əməkdaşlığı inkişaf etdirərək bir sıra mühüm anlaşmalara imzalar atılıb.
Bu dəfə, Niderland İnkişaf Bankı (FMO) və “Bank Respublika” ASC arasında son illərin ən iri məbləğli kredit müqaviləsi imzalandı.
Müqaviləyə əsasən Banka 20 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq və vəsaitlər milli valyutada təqdim ediləcək.
Cəlb olunan vəsait aqrar sahədə kiçik və orta sahibkarlığın (KOS), o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsində istifadə olunacaq.
Hal-hazırda regional xidmət şəbəkəsini genişləndirən Bank Respublika bu krediti regionlarda çalışan və xüsusən də kənd yerlərində fəaliyyət göstərən sahibkarlar üçün böyük məbləğdə kreditlərin əlçatanlığın artırılmasına yönəldəcək.
“Qürurverici haldır ki, Avropanın ən böyük maliyyə qurumlarından biri olan FMO artıq 16 ildən çoxdur ki bankımızın stabil və etibarlı maliyyə partnyorlarından biridir. İnanıram ki, həm bu müddət ərzində cəlb etdiyimiz vəsaitlər, həm də bugünkü - 20 milyon USD dəyərində olan anlaşmamız, nəinki bankın biznes portfelinin inkişafına, həmçinin ölkənin ümumi real sektoruna böyük dəstək olacaq və ölkədə yeni iş yerlərinin yaradılmasında imkanlar yaradacaq.”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.
“İrihəcmli kredit razılaşması imzalamaqla çoxdankı tərəfdaşımız “Bank Respublika”ya bir daha dəstək verməkdən məmnunuq. Müqavilə məbləği tam olaraq gənclər və qadınlar tərəfindən yaradılan mikro, kiçik və orta müəssisələrin, eləcə də kənd təsərrüfatı KOM-lərının maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da bizim strateji hədəfimiz olan “Bərabərsizliyin azaldılmasına” 100% uyğundur. Eyni zamanda, bu razılaşma DİM 5 - gender bərabərliyi və Azərbaycan üzrə iş yerlərinin yaradılması və saxlanmasına dair DİM 8-ə uyğundur ki, bu da öz növbəsində kreditin əhəmiyyətini vurğulayır. Bank Respublika ilə əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinə ümid edirik”, - deyə FMO-nun İnvestisiya Direktoru Huib-Jan de Ruyter bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























