Fitch Ukraynanın kredit reytinqini yüksəldib
“Fitch” beynəlxalq reytinq agentliyi Ukraynanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “RD”dən “CC”-yə yüksəldib.Fitch Ratings Ukraynanın kredit reytinqini CC səviyyəsinə yüksəldib.
Marja xəbər verir ki, kredit reytinqi agentliyi ötən həftə xarici borcunu restrukturizasiya etdikdən sonra Ukraynanın kredit reytinqini "Məhdud Defolt-RD"dən "CC"yə yüksəldib.
Fitch CCC+ və ya ondan aşağı olan kredit reytinqləri üçün proqnoz müəyyənləşdirmir.
Kredit reytinqinin yüksəldilməsi Ukraynanın avrobond sahiblərinin xarici borcun restrukturizasiyasına razılıq verməsi ilə bağlıdır.
Ukraynanın avrobondları üzrə əsas borcun və faizlərin təxminən 6 milyard dolları 24 ay müddətinə təxirə salınıb. İstiqraz sahiblərinin 75%-i restrukturizasiya ilə razılaşıb, bu da minimum tələb olunan səviyyədən (66,7%) çoxdur.
Agentliyin analitikləri hesab edirlər ki, ölkədə hərbi əməliyyatlar 2023-cü ilə qədər davam edəcək və bunun nəticəsində dövlət borcu ÜDM-in 100%-ni keçəcək. Bu, öz növbəsində, infrastrukturun və istehsalın saxlanması üçün onsuz da yüksək olan xərcləri artıracaq, eyni zamanda, inflyasiya təzyiqlərini artıracaq. Həmçinin "kəsirin aradan qaldırılması üçün maliyyə mənbələri qeyri-müəyyən olaraq qalır". Ukraynanın xarici borcunun daha geniş restrukturizasiyasına ehtiyacı ola bilər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 6 d. əvvəl
-
- 20 d. əvvəl
- 23 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti























