Vətəndaşları kiberhücumlarla bağlı xəbərdarlıq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) son zamanlar aktual olan fişinq (phishing) hücumları ilə əlaqədar vətəndaşlara tanımadıqları şəxslər tərəfindən göndərilən mesajlara və e-poçt məktublarına qarşı həssas yanaşmağı tövsiyə edir.
Vətəndaşlardan xahiş olunur ki, onlara göndərilən şübhəli keçidlərə daxil olmasınlar, bu tipli mesaj və məktublarla göndərilən faylları yükləməsinlər, doğruluğundan əmin olmadıqları mesajları digər şəxslərə yönləndirməsinlər, onlara yönləndirilən belə mesajlara etibar etməsinlər və məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Həmçinin vətəndaşlara tanımadıqları mənbələrdən daxil olan zənglərə qarşı diqqətli olmaq, zəng və ya mesaj vasitəsilə onlara məxsus fərdi məlumatlar tələb edildikdə, bu məlumatları təqdim etməmək tövsiyə edilir.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil edir, internet informasiya ehtiyatlarının monitorinqini həyata keçirir, baş vermiş kiberhücumlarla bağlı məlumatların operativ qəbulunu təşkil edir. ETX hücumlara qarşı müvafiq tədbirlər görür, həmçinin mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir.
Vətəndaşlardan xahiş olunur ki, hər hansı kiberhücum halları ilə qarşılaşdıqda www.cert.az internet informasiya ehtiyatı və [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























