20 000-ci “Lamborghini Urus” avtomobili Bakıda sahibinə təhvil verildi - FOTOLAR
(®) Böyük marağa səbəb olan Lamborghini Urus krossoverinin yubiley nüsxəsi alıcısına təqdim olunması üçün Azərbaycana göndərilib.
Artıq 2022-ci ilin birinci rübü Lamborghini üçün rekord sayıla bilər. İtaliya markası müştərilərə nəinki 2020-ci il (+ 31%), həm də 2021-ci il (+ 5%) göstəricisini keçərək 2539 avtomobil təhvil verib. Üç ayda Countach-ın 16 illik istehsalından daha çox avtomobil satılıb və onlardan təxminən yarısını Urus krossoveri təşkil edib. Onun 2018-ci ildə satışa çıxmasına baxmayaraq, “Lamborghini” artıq «20.000»-ci avtomobilin təqdimatını qeyd edir.
Şirkətin hesablamalarına görə, müştəri krossoverləri 360 milyon kilometr məsafə qət ediblər. "Dünya turu"-nun bazar buraxılışından əvvəlki dövrdə Urus dörd ay ərzində 114 şəhəri səyahət etmişdir. Bütövlükdə avtomobil Yaponiya və İslandiya, Sardiniya adası, Portuqaliyanın Nazare çimərliyi, Altayı səyahət etmiş, dünyanın ən yüksək dağlıq avtomobil yolu olan Umlinq La aşırımını (5798,251 m) keçmişdir. 2021-ci ildə isə Urus Baykal gölündə buz üzərində sürət rekorduna imza atıb.
Qara əyləc supportları və panoram damı olan bənövşəyi "Viola Mithras" rəngli Urus krossoveri 650 at qücü və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki və ANIMA idarəetmə rejimləri sistemi ilə təchiz edilib. Avtomobil 100 km/saat həddinə 3,6 saniyəyə, 200 km/saat həddinə isə 12,8 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti 305 km/saatdır.
“Lamborghini Urus” krossoverini alıcısına təhvil vermək üçün “Lamborghini Baku” möhtəşəm təqdimetmə mərasimi təşkil edib. Bir çox tanınmış simaların da qatıldığı tədbirdən bəzi görüntüləri sizinlə paylaşırıq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























