Antidempinq Xidmət modulundan istifadəyə dair təlim keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində antidempinq xidmət modulundan istifadəni özündə əks etirən yeni Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) barədə Dövlət Xidmətinin əməkdaşları üçün təlim keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanan bu rəqəmsal platforma Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı araşdırma orqanının həyata keçirdiyi antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsini nəzərdə tutur. Qeyd edilən rəqəmsal platforma vahid konsepsiya üzərindən həyata keçirilir, məlumatların daim nəzarətdə saxlanılmasına şərait yaradır.
Qeyd edək ki, MEİS-in tətbiq edilməsi Dövlət Xidmətində məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsinin rəqəmsal formada aparılmasına imkan yaradacaq, beləliklə vətəndaşların və təsərrufat subyektlərinin dövlət orqanı ilə əlaqələrini daha da optimallaşdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















