"Manat üçün bundan başqa alternativ yoxdur"
“Manat yenə növbəti ilə gerçək məzənnəsi ilə qədəm qoya bilməyəcək”.
Bu haqda iqtisadçı Qubad İbadoğlu öz şərhində bildirib.
Ekspert deyib ki, Mərkəzi Bank əlavə 1 ili də belə " boşa xərclədi":
“Manatın "xəstəliyi" iqtisadiyyatın bütün sahələrinə təsir etdi. İl ərzində 50 mindən çox iş yerləri bağlandı, əmək haqları və pensiyalar dəyərsizləşdi, istehlak bazarında nəinki idxal malları, həm də idxal komponentləri olan yerli məhsullar da bahalaşdı, inflyasiya ikirəqəmli ədədlə ifadə olundu. Xarici borc öhdəliklərini yerinə yetirə bilməyən “Azərenerji”, ARDNŞ kimi inhisarçı şirkətlərin müraciətləri əsasında elektrik enerjisi və qazın ikinci dərəcəli tarifləri müvafiq olaraq 1.6 və 2 dəfə artırıldı.
2017-ci ildə büdcə kəsiri son 10 ilin zirvəsinə qalxdı, xarici ticarət və tədiyə balansının mövqeləri xeyli zəiflədi”.
Q.İbadoğlu deyib ki, bütün bunların nəticəsində manatla bağlı narahatlıqlar bir az da artdı:
“Milli valyuta növbəti ilə 3 məzənnə (valyuta hərracının məzənnəsi, kommersiya banklarının məzənnəsi və "qara bazar" məzənnəsi) ilə qədəm qoyur. Onların arasında "qara bazar" ən çox müzakirə mövzusuna çevrildi. Bəzi orqanlar da "qara bazar"ı ləğv etməyi qarşısına məqsəd qoysa da ona nail ola bilmədi. Çünki, manatın banklardakı məzənnələri real bazar dəyərini ifadə edə bilmədi, onun satışı tam liberallaşdırılmadı.
Ən başlıcası isə bəzi banklar özləri "qara bazar"ın əsas təchizatçısına və tədarükcüsünə çevriliblər və indiyədək iri valyuta əməliyyatlarını qeyri-leqal olaraq həmin bazarlarda reallaşdırdırılar. Əslinə "qara bazar" kiçik deyil, iri valyuta əməliyyatlarının alqı-satqısı üçün yarandı. Bu bazarda ünsiyyət vasitələri də bir çox hallarda canlı deyil, telefon rabitəsi ilə yaradılır. Hazırda bir zənglə lazım olan qədər valyuta sifariş verənlər də elə banklarla əlaqəli şəkildə işləyirlər. Çünki, banklar üçün "qara bazar" dan çox onun məzənnəsi əhəmiyyətlidir. Elə ona gündəlik "qara bazar" kursunu dərc etməkdə mətbu orqanlar heç bir əziyyət çəkmirlər. Çünki, onlar belə məlumatları real deyil, virtual bazarlardan alırlar.
"Qara bazar"lar bəzi kommersiya banklarına lazımdır"
İqtisadçının fikrincə indiki halda “qara bazar” kommersiya banklarının fəaliyyəti üçün olduqca vacibdir:
“Bəllidir ki, "qara bazar"da formalaşan məzənnənin kommersiya banklarının alqı-satqı kursundan bir neçə qəpik də olsa da yuxarıdır, bu fərq də iri valyuta əməliyyatlardan böyük qazanclar götürmək üçün kifayət edir. Ona görə də hazırkı "qara bazar"lar bəzi kommersiya banklarına lazımdır. Məhz belə bazarların yaşamasında da ən çox marağı olanlar bəzi banklardır. Nə qədər ki, manatın gerçək məzənnəsi, tarazlı kursu müəyyənləşməyib bir o qədər də "qara bazar"lar mövcud olacaq. Odur ki, müvafiq orqanlar "qara bazar"la mübarizəyə deyil, sərbəst üzən məzənnə rejiminə keçid üçün hazırlıq işlərinə daha çox diqqət yetirməlidir. Çünki, bundan başqa alternativ yoxdur.
Yekunda məsləhtim odur ki, ilin sonuna manatla olan borclarınızı geri almağa çalışın və manatla yeni borclar verməyin. Çünki, növbəti ildə manat dollar nisbəti bu ildəkindən xeyli fərqli olacaq”.
Mənbə: Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
5 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 5 saat əvvəl
-
5 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"


















