Azərbaycanda ilk dəfə investisiya şirkəti BOKT-dan pay alıb
“AZFİNANCE İNVESTİSİYA ŞİRKƏTİ” Qapalı Səhmdar Cəmiyyəti “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin (BOKT) nizamnanmə kapitalına 700000 (yeddi yüz min) manat sərmayə yatırmaq müqabilində BOKT-nin paylarının 70%-na sahib olmuşdur.
“Azfinance İnvestisiya Şirkəti” QSC “Optimal Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 70 %-ni alıb.
Bunun üçün investisiya şirkəti BOKT-nun nizamnamə kapitalının 700 min manat və yaxud 3,3 dəfə artırılaraq 300 min manatdan 1 milyon manata çatdırılmasında iştirak edib.
Son nəticədə "Optimal Finance"ın digər təsisçilərinin BOKT-dakı payı azalıb. Belə ki, Elçin Əsgərlinin payı 50%-dən 15%-ə, Fərid Eynullayevin payı 30%-dən 9%-ə, Yusif İbrahimovun payı isə 20%-dən 6%-ə düşüb.
"Optimal Finance"ın əsas təsisçisi dəyişdikdən sonra onun direktoru da dəyişdirilib. Belə ki, BOKT-a rəhbərlik Əhəd Əsgərovdan alınaraq İmam Qədimquliyevə həvalə edilib.
Azərbaycanda ilk dəfədir ki, investisiya şirkəti BOKT-dan pay alır. Burada diqqəti cəlb edən həm də "Optimal Finance"ın eyni adlı elektronika şirkətinin (“Optimal Elektronika” MMC) məhsullarının satışını maliyyələşdirməsidir.
Məsələ ilə bağlı açıqlama verən "Azfinance"ın direktoru İntiqam Səfərəliyev rəhbərlik etdiyi maliyyə qurumunun qərarını kiçik kreditləri maliyyələşdirmək istəyi ilə izah edib:
"BOKT almaqda əsas məqsədimiz elektronika məhsullarının satışına dəstək vermək deyil, sadəcə mikromaliyə sektorunda ən yaxşı işləyən sahədə - istehlak malları sahəsində olmaqdır. 5-10 dənə ayrı-ayrı şəbəkə ilə müqavilə bağlamaqdansa, bir şəbəkə ilə işləyən BOKT-un payını almaq yaxşıdır və bununla biz o sektora birbaşa girmiş oluruq. Nəzərə alsaq ki, adı çəkilən şəbəkənin illik dövriyyəsi 120-130 milyon manat çivarındadır, onun da 70-80%-i kreditlə satılanda, bizim aldığımız BOKT-un müştəri problemi olmayacaq".
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
28 d. əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
- 35 d. əvvəl
-
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
-
3 saat əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
Son Xəbərlər

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər
Ən çox oxunanlar

Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi
