Mərkəzi Bankda kredit şərtlərinin sadələşdirilməsi müzakirə edilib, Taleh Kazımov təklifləri dəstəkləyib
Ölkədə sahibkarlarla maliyyə-bank sektoru arasında əməkdaşlığın gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılması yollarının tapılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirilib.
Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, mövcud həssas məqamlar fonunda ölkədə maliyyə sabitliyi qorunur, kredit aktivliyinin bərpa olunması davam edir. Real sektorda iqtisadi aktivliyin resurs təminatında maliyyə institutlarının rolunun artırılması, xüsusən rayon və kənd yerlərində təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində işlər aktivləşdirilir.
Sonra Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər qurumların rəhbərləri, sahibkarlar çıxış edərək bildiriblər ki, sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq platforması olan Sahibkarlarla Əməkdaşlıq Şurasının faəliyyəti sahibkarlıq subyektlərinin maliyyə-bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla bütövlükdə istehsal və xidmət sahələrinin inkişafına, qeyri-neft sektorunda iqtisadi artımın daha da sürətlənməsinə töhfəsini verməkdədir.
Ölkədə real sektorun kreditləşməsinin aktivləşdirilməsi, xüsusən rayon və kənd yerlərində fermerlərin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, regionların maliyyə inklüzivliyinin gücləndirilməsi, güzəştli kreditlərin artırılması və daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, şərtlərin sadələşdirilməsi, müvafiq qanun layihələrinin hazırlanmasında sahibkarlarla müzakirələrin aparılması, onların fkir və təkliflərinin nəzərə alınması və digər məsələlər önə çəkilib. Bunlarla yanaşı qlobal və milli iqtisadiyyatda baş verən proseslər, onların təsirləri ilə bağlı Mərkəzi Bank tərəfindən aparılan təhlillər və tədqiqat nəticələri barədə sahibkarların məlumatlandırılmasının vacibliyi də qeyd olunub.
Görüşdə daha sonra sahibkarlar və banklar üçün aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.
T.Kazımov müzakirələrin nəticələrini ümumiləşdirərək iclasın çox faydalı olduğunu qeyd edibvə səslənən təklifləri dəstəklədiyini diqqətə çatdırıb. Bildirib ki, burada qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərəfli öyrəniləcək, həmin istiqamətlər üzrə birgə iş aparılacaqdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















