Dövlət şirkətinin xalis mənfəəti 3 dəfə artıb - 214 MİLYON MANATA YAXIN XALİS QAZANC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən və “Azercell Telekom” MMC-nin idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfinin sahibi olan "AzİnTelecom” MMC 2021-ci ili 213 milyon 649 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 71 milyon 210 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "AzİnTelecom”un xalis mənfəəti 3 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və məzənnə fərqi üzrə gəlirlərdən qaynaqlanır.
Marja.az şirkətin audit olunmuş maliyyə hesabatlarına xəbər verir ki, 2020-ci ildə "AzİnTelecom”un satışdan gəlirləri 476 milyon 437 min manat ikən, 2021-ci ildə 509 milyon 62 min manata yüksəlib.
Eyni zamanda, ötən il "AzİnTelecom” məzənnə fərqi olmaqla 114 milyon 913 min manat gəlir əldə edib (2020-ci ildə 35 milyon 400 min manat).
31 Dekabr 2021-ci il tarixində "AzİnTelecom” MMC 1 milyard 326 milyon 897 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 1 milyard 268 milyon 31 min manat cəmi aktivlərə malik idi.
"AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı ilə yaradılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumun fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafiki mübadiləsinin təşkili, bulud xidmətləri, mərkəzləşdirilmiş informasiya sistemləri və biznes həllərdən ibarətdir.
Qeyd edək ki, 2018-ci ildə "Fintur Holdings" şirkəti "Azertel" şirkətindəki 51,3% payını "AzInTelecom” şirkətinə 221,7 milyon avroya satıb. “Azertel” Azərbaycanda mobil xidmətlər operatoru olan “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 15 saat sonra
-
-
1 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
2 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
3 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























