"Azercell" gəlirlərini və mənfəətini açıqladı
Şirkət hər gün orta hesabla 1 milyon 348 min manat gəlir əldə edib.
"Azercell Telekom" MMC 2021-ci ili 121 milyon 175 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2020-ci ili 104 milyon 166 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Azercell Telekom"un xalis mənfəəti 17 milyon 9 min manat və ya 16,3% artıb.
Marja.az "Azercell Telekom" MMC-nin 31 dekabr 2021-ci il tarixində başa çatan il üzrə MHBS-ə uyğun konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ildə Azercell-in satışdan cəmi gəlirləri 455 milyon 381 min manat ikən, 2021-ci ildə 492 milyon 91 min manata yüksəlib.
2020-ci illə müqayisədə 2021-ci ildə Azercell-in satışdan cəmi gəlirləri 36 milyon 710 min manat və ya 8,1% artıb.
"Azercell Telekom" ötən il hər gün orta hesabla 1 milyon 348 min manat satış gəliri, 332 min manat xalis mənfəət əldə edib.
2021-ci ildə "Azercell Telekom"un cəmi gəlirləri 492 milyon 871 min manat, cəmi xərcləri 371 milyon 696 min manat təşkil edib. 2020-ci ildə Şirkətin cəmi gəlirləri 457 milyon 60 min manat, cəmi xərcləri isə 353 miylon 394 min manat təşkil etmişdi.
"Azercell Telekom"un ödədiyi mənfəət vergisi 44 milyon 977 min manatdan (2020-ci il) 27 milyon 128 min manata (2021-ci il) düşüb.
31 Dekabr 2021-ci il tarixində "Azercell Telekom" MMC 673 milyon 992 min manat bölüşdürülməmiş xalis mənfəətə malik olub.
2020-ci illə müqayisədə 2021-ci ildə "Azercell Telekom" şirkətinin cəmi aktivləri 126 milyon 676 min manat və ya 16,2% artaraq 910 milyon 61 min manata çatıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
