SOCAR ilə “Uzbekneftegaz” birgə layihələr reallaşdıracaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ay Özbəkistana dövlət səfərindən sonra ölkə başçısı tərəfindən verilən tapşırıqların icrasını təmin etmək məqsədilə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Daşkənddə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
SOCAR nümayəndə heyəti “Uzbekneftegaz” ASC-nin tərkibində fəaliyyət göstərən Modelləşdirmə Mərkəzini, həmçinin İstehsal və dispetçer idarəetməsi Mərkəzini ziyarət edib. Burada nümayəndə heyətinə mərkəzlərin fəaliyyət istiqamətləri və tətbiq olunan yeniliklər haqqında məlumat verilib.
SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehriddin Abdullayev arasında keçirilən görüşdə iki şirkət arasında əməkdaşlığın perspektivləri, təcrübə mübadilələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”si imzalanıb. Sənəd neft-qaz sahəsində birgə layihələrin reallaşdılması və treydinq, neft emalı, neft-kimya sahəsində əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması və bu kimi digər önəmli istiqamətləri əhatə edir.
Eyni zamanda, sənəd “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin əməkdaşlarının SOCAR-ın müəssisələrində təcrübə keçmələrini, şirkətlərin mütəxəssisləri arasında mütəmadi görüşlərin təşkilini, birgə işçi alt qruplarının yaradılmasını, rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutur.
Səfər çərçivəsində Rövşən Nəcəf Özbəkistan Respublikasının energetika nazirinin birinci müavini, energetika naziri vəzifəsini müvəqqəti icra edən Azim Axmedxadjayev ilə görüşüb.
Görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında imzalanan əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”sinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda ölkələrimiz arasında enerji sahəsində əlaqələrin möhkəmləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
SOCAR nümayəndə heyətinin Daşkənddə, həmçinin Özbəkistanın Dövlət Geologiya Komitəsinin rəhbərliyi ilə də görüşü olub. Görüş zamanı geologiya sahəsində əməkdaşlıq və Özbəkistanda həyata keçirilən layihələrdə SOCAR-ın iştirak imkanlarının araşdırılması məsələləri nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)




