“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bahalaşan dollar fonunda avro, funt və qızılda yeni minimum ehtimallarıInvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Ötən həftə Amerikada açıqlanan mənfi makroiqtisadi göstəricilər fonunda FED-in növbəti toplantıda faiz dərəcələri 0.75% artıracağı ehtimallarının yüksəlməsi EURUSD məzənnəsinin kəskin ucuzlaşmasına səbəb olsa da, məzənnə 1.0380 hədlərindən dəstək görməkdədir.
Təhlillərə əsasən, cütlüyün qiyməti 1.0380 səviyyəsinin altına düşsə, 1.03000 hədlərinə kimi ucuzlaşa bilər.
GBP.
GBPUSD məzənnəsində də eniş tendensiyasının davam etdiyi müşahidə olunur. Əgər 1.2070 həddi aşağıya doğru qırılsa, funt sterlinqin dollar qarşısında 1.1980 hədlərinə qədər ucuzlaşa biləcəyi proqnozlaşdırılır
Bu həftə ərzində Avropa Mərkəzi Bankının və Amerika Federal Ehtiyyatlar Sisteminin son toplantılarının protokollarının dərci investorlar tərəfindən maraqla gözlənilir. Həmçinin cümə günü Amerikada açıqlanacaq əmək bazarı göstəriciləri, xüsusən də “NFP” rəqəmləri diqqət mərkəzində olacaqdır.
TRY.
TCMB ötən həftə reallaşdırdığı intervensiyay baxmayaraq USDTRY məzənnəsində “buğa”lar yenidən üstünlüyü ələ keçiriblər. 16.76TL qırılacağı təqdirdə qiymətin 17.16TL-yə qədər bahalaşması ehtimal olunur.
OIL.
Ötən həftənin son ticarət günündə 113-a kimi ucuzlaşsa da, neftdə artım trendinin qorunduğu ehtimal olunur. Brent markalı neftin bir barel üzrə qiyməti 115$-ın üzərinə yüksələrsə, yenidən 118$-a kimi bahalaşa bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Enişlə başa vurduğu həftənin ardından qızıl 1780$-dan dəstək alaraq yeni həftəyə bir qədər artımla başlayıb. Qiymətli metalın bir unsiya üzrə dəyərinin 1813$-ın üzərində möhkəmlənə bilsə, 1825$-a (58.68$/qram) kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
9 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























