Logistika sahəsi üçün kadr hazırlığı üzrə ixtisaslaşan AZTUGEM-in təqdimatı keçirilib

Logistika sahəsi üçün kadr hazırlığı üzrə ixtisaslaşan “AZTUGEM” təlim-tədris mərkəzi 28 iyun 2022-ci il tarixində HYATT Regency otelinin “Quba” zalında təşkil etdiyi tədbirlə özünün faəliyyət istiqamətini ictimaiyyətə təqdim edib.
Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası, Azərbaycan Texniki Universitetinin, eləcə də logistika və nəqliyyat sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri, “Caspian Energy Club” kimi netvokinq platformasının rəhbərləri və media nümayəndələri iştirak ediblər.
İlk olaraq tədbirdə “Aztugem” Təlim-Tədris Mərkəzinin tanıtım çarxı və veb saytı qonaqlara təqdim olunub.
Daha sonra çıxış edən rəsmi qonaqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin “Logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi” başlıqlı prioritetinin reallaşdırılmasının istiqamətlərindən biri kimi bu sahədə kadr hazırlığının səmərəliliyini, yeni təcrübəli mütəxəssislərin yetişdirilməsi zərurətini vurğulayıblar. Və məhz “AZTUGEM” Təlim-Tədris Mərkəzinin yeni, müasir və innovativ, həmçinin beynəlxalq təcrübəyə dayanan tədris proqramının logistika üzrə kadr hazırlığına öz töhvəsini verəcəyini qeyd ediblər.
Daha sonra Azərbaycan Texniki Universiteti, “AZTUGEM” Təlim-Tədris Mərkəzi və Tugem Danışmanlık və Eğitim şirkəti ilə birgə hazırlanan "Beynəlxalq avtomobil yük daşımalarında sürücü bələdçisi" adlı kitab qonaqlara təqdim olunub.
Qeyd edək ki, “AZTUGEM” MMC Biliklərin Transferi (Knowhow) istiqamətində Türkiyənin müvafiq sahədə ilk akkreditasiya olunmuş kommersiya yönümlü tədris müəssisəsi TUGEM Eğitim ve Danışmanlık şirkəti ilə Françayzinq müqaviləsi əsasında fəaliyyət göstərir. Şirkət logistika və nəqliyyat sahəsi üzrə kadr hazırlığı və yenidən hazırlığı xidmətini göstərən təlim-tədris müəssisəsidir.
“ATUGEM”-in başlıca məqsədi çevik və müştəriyönümlü, produktiv və praktik tədris proqramına əsaslanan kadr hazırlığı və yenidən hazırlığı ilə ölkəmizdə və regionda logistika sahəsində insan kapitalının səmərəli istifadəsi ilə davamlı inkişaf konsepsiyasına töhvə verməkdir.
Artıq “AZTUGEM” “TUGEM Eğitim ve Danışmanlık” şirkətilə birlikdə həyata keçirdiyi 17 günlük ilk "Eğiticinin Eğitimi Proqramı" adlı təlim proqramı ilə logistika sahəsində ixtisaslaşan 21 nəfər mütəxəssisin Sertifikasiyadan keçirərək “Aztugem” Təlim-Tədris Mərkəzinin "Təlimçi-Müəllim" bazasına daxil edilməsinə nail olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
