İpək idxalı üzrə dünyada birinci yeri tutan şirkətin sahibləri Azərbaycanda olublar
“Şəki-İpək” Acıq Səhmdar Cəmiyyəti respublikada yeganə ipək istehsalçısı olaraq, təbii ipək almaq üçün lazım olan bütün prosesləri özündə birləşdirir.
Müəssisənin tam istehsal gücü ilə xam ipək istehsal etməsi üçün ildə 400 ton quru barama tələb olunur ki, bu da təxminən 1200 ton yaş barama deməkdir. Mövcud potensial imkanlarından səmərəli istifadə etməklə, o cümlədən ipəkçiliyin yem bazasını və barama toxumu istehsalını gücləndirməklə respublikamızda yaş barama istehsalının 2 min tona çatdırılması nəzərdə tutulur.
2015-ci ildə Şəki İpək Kombinatında 1 tonadək barama tədarük edilmişdirsə, görülmüş tədbirlər nəticəsində 2016-cı ildə respublikamızda bu göstərici 70 tondan artıq olmuş, yem bazasının gücləndirilməsi məqsədilə 1 milyon 700 min tut tingi əkilmişdir. 2017-ci ildə respublikanın 30 rayonu üzrə 300 ton yaş barama tədarükü gözlənilir. İstehsal olunacaq 30 ton xam ipəyin 80-85 faizinin xarici ölkələrə ixrac olunacağı planlaşdırılır.
Hazırda “Şəki-İpək” ASC-də ipəkçilik sənayesinin bərpası və gələcəkdə inkişafının təmin olunması, yem bazasının möhkəmləndirilməsi, barama istehsalının artırılması, barama istehsalı ilə məşğul olanların maddi maraqlarının gücləndirilməsi, əhalinin işlə təmin olunması və onların sosial-rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
2017-ci il yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında cənab İlham Əliyev Şəki İpək Kombinatının rekonstruksiya olunmasını məqsədəuyğun hesab etmiş və bu məsələ ilə bağlı müvafiq tövsiyələrini vermişdir.
Ölkə Prezidentinin tövsiyələrindən sonra “Şəki-İpək” Acıq Səhmdar Cəmiyyətində aparılan işlərin təkmilləşdirilməsi məqsədilə ipək istehsalı ilə məşğul olan bir neçə xarici şirkətlərlə əlaqə yaradıldı və danışıqlar aparıldı.
İpək idxalı üzrə dünyada birinci yeri tutan İtaliya Respublikasının “Ongetta” şirkətinin sahibləri Azərbaycana dəvət olundular.
“Ongetta” şirkəti 20-ci əsrin əvvəllərindən bir ailə biznesi olaraq ipək sapların əyrilməsi üzrə ixtisaslaşmış, biznes fəaliyyətlərinə ilk dəfə Çin və Rusiyada başlamışlar. Şirkət hazırda ipək sapların əyrilməsi və ipliklərin hazırlanması üzrə dünya lideri olaraq, bu sahədə mütərəqqi texnika və texnologiyaların tətbiqində irəlidə gedir. İstehsal olunan məhsulları alan müştərilərin müəyyən bir hissəsi Şimali Afrika, ABŞ və Türkiyədə olsa da, istehsal etdiyi məhsulların əsas alıcısı İtaliyadadır. Belə ki, istehsal olunan məhsulun 70 faizi bu ölkədə satılır.
“Şəki-İpək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olmaq və onlara gələcəkdə konsaltinq xidməti göstərmək ücün “Ongetta” şirkətinin rəhbərləri Andrea Ongetta və Françesko Ongetta 12 iyun 2017-ci il tarixdə Azərbaycana səfərə gəlmişlər. Onlar Şəki şəhərinə gedərək Şəki-İpək Kombinatı ilə yaxından tanış olmuşlar.
İtaliyalı iş adamları ölkəmizdə olduqları müddətdə “Aqrarkredit” QSC-nin rəhbərliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyinin bir sıra məsul şəxsləri ilə görüşmüşlər.
İtaliyalı qonaqların ölkəmizdəki mütəxəssislərlə görüşləri zamanı Azərbaycanda ipəkçiliyin inkişafına dəstək göstərilməsi və gələcəkdə ipəkçilik sahəsində “Ongetta” şirkəti ilə “Şəki-İpək” ASC arasında birgə fəaliyyət məsələləri müzakirə edilmişdir.
Görüləcək tədbirlər nəticəsində respublikamızda 2000 ton yaş barama istehsal olunacağı təqdirdə 40-50 min kəndli-fermer ailəsi tut ipəkqurdunun bəslənilməsi üçün mövsümi işlə təmin olunacaq, ipəkçiliyin yeni işə salınacaq damazlıq müəssisələrində, baramanın tədarükü və ilkin emalı məntəqələrində, barama qurutmaxanalarında, “Şəki-İpək” ASC-də 1000-1200 daimi iş yerləri açılacaq. Barama istehsalının artırılması bir çox rayonların və bütövlükdə respublikamızın sosial-iqtisadi inkişafına yardım edəcək, beynəlxalq standartlara uyğun xam ipək və ipək məhsulları istehsalı hesabına ölkənin ixrac potensialının artmasına səbəb olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
16 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
17 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
17 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 17 saat əvvəl
-
17 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
18 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı





















