Azərbaycanda əhalisinin gəlirləri 19 faizdən çox artıb
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-may aylarında əhalinin gəlirləri nominal ifadədə 19,5 faiz artaraq 26,4 milyard manat təşkil etmişdir.
Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, ilkin məlumatlara görə, 2022-ci ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri 26 milyard 420,3 milyon manat və ya hər nəfərə orta hesabla 2629,7 manat təşkil etmişdir. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 23 milyard 447,1 milyon manatlıq vəsait qalmışdır.
2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,9 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,2 faiz artıb.
2022-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 824,7 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3606,1 manat, qeyri neft-qaz sektorunda 771,1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 762 manat, özəl müəssisələrdə isə 897,6 manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)






