“Hell Azərbaycan: “Azərbaycan istehlakçısı nə içdiyini yaxşı bilir”
“Hell Azərbaycan: “Azərbaycan istehlakçısı nə içdiyini yaxşı bilir”
Bu gün mətbuatda yayımlanan “Bir banka ilə “qanadlandıran” içkilər - Gənclərimizi bəlaya sürükləyən “Red Bull”, “Hell”... - TƏHLÜKƏ” başlıqlı məqalə energetik içki satışı ilə məşğul olan şirkətlərin etirazına səbəb olub.
“Hell Azərbaycan” şirkətinin marketinq direktoru Müşfiq İskəndərov yazıda səsləndirilən fikirlərlə razılaşmadığını bildirib:
“Həmin fikirlər bizim marka ilə əks mövqedə olan məsələlərdir. “Hell” markasının adının “cəhənnəm” kimi tərcüməsinə, şeytan işarəsinin olmasına gəlincə, bu, kökündən yanlışdır. Əgər dini mövqedən yanaşırıqsa, İslam dinində şeytanın hər hansı cizgisi və görüntüsü yoxdur. O, mələk simasındadır. Onun hansısa görüntüsü alına bilməz. İngilis məntiqinin “Hell” dediyi şey bizim bildiyimiz cəhənnəm və cərəyan anlayışını vermir. Onlar “cəhənnəm” dedikdə istini, alovu nəzərdə tuturlar. Yəni burada söhbət alovun fonunda insanın içki qəbul edib sərinləməsindən gedir. Bizim ən yaxşı marketinq manevrlərimizdən biri də mağazaların ön şüşələrində olan reklamlardır ki, məqalədə buna da toxunmuşunuz”.
Şirkət rəsmisi bildirib ki, məhsullarının tərkibində insanları məntiqsiz manevrlərə gətirib çıxara biləcək heç nə yoxdur:
“Bizim məhsulumuz kimyəvi maddələr, aqreqatlar əlavə olunan məhsul deyil. Məhsulumuzun 82 faizini su təşkil edir. Həmin su isə dünyanın ən saf suyu hesab olunan macar suyudur, artezian quyular zavodun həyətində yerləşir. Mən markanın marketinq direktoru olaraq həmin zavodda və su quyularında olmuşam. İçkinin hazırlanmasında tam şəkərdən istifadə olunur. Yazıda qeyd olunan rəqiblərimizin 99 faizi əsasən saxarozadan istifadə edirlər. Bu şəkər əvəzləyicisidir. Məhsulun təkibindəki kofein kofedən alınır, taurin isə təmiz heyvani mədə şirəsindən əmələ gəlir. Biz keyfiyyət göstəricisinə görə, Azərbaycan alıcısının 66,4 faizinin rəğbətini qazanmışıq. Hesab edirəm ki, bu cür fikirlər həmin 66, 4 faiz istehlakçıya sayğısızlıqdır. Azərbaycan alıcısı nəyi və necə aldığını, içdiyini yaxşı bilir. Ona görə də biz üç ildir ki, bazarın lideriyik”.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)









