Ekoloji məsələlər üzrə işçi qrupun “Ağıllı kənd”də iclası keçirilib - FOTO
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilmiş “Ağıllı kənd”də iclası keçirilib.
İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi iştirak edib.
İşçi qrup üzvlərinə işğaldan azad edilmiş rayonlarda bərpa-quruculuq işlərində istifadə ediləcək yerli tikinti və inşaat materialları yataqlarının yenidən qiymətləndirilmiş ehtiyatları, bu ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması istiqamətində görülən işlər, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi, eləcə də transsərhəd çayların çirklənmə vəziyyətinin öyrənilməsi məqsədilə keçirilən monitorinqlər, ekoloji bərpa layihələri ilə bağlı aparılan minatəmizləmə fəaliyyəti barədə məlumat verilib.
İclas zamanı habelə Zəngilan rayonunda ərazilərin bərpası, yenidən qurulması, dayanıqlı inkişafının təmin olunması və əhalinin böyük qayıdışı istiqamətində həyata keçirilən və planlaşdırılan tədbirlərin təşkili üçün nümayəndəlik tərəfindən qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.
Müzakirələr zamanı Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı qurum kimi müəyyən edilməsi və Oxçuçay hövzəsində kompleks elmi-tədqiqat işlərinin aparılmasının zəruriliyi vurğulanıb.
İşçi qrup üzvləri Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilmiş “Ağıllı kənd”in infrastrukturu, idarəetmə məsələləri, ekoloji dost texnologiyaların tətbiqi, tullantıların idarə olunması, eləcə də rayon ərazisində aparılan yaşıllaşdırma işləri, o cümlədən rayonun girişində terras ərazidə əkilmiş müxtəlifcinsli ağaclara qulluq, payız əkininə hazırlıq, mövcud yaşıllıqların mühafizəsi üçün aparılan inventarizasiya işləri və perspektiv planlar ilə tanış olublar.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları və xüsusi nümayəndəliklərlə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























