Unibank beynəlxalq standartlar əsasında audit hesabatlarını açıqladı
"Unibank Kommersiya Bankı" ASC Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında konsolidə edilmiş (Unibank və Unicapital) audit hesabatlarını açıqlayıb.
Marja.az hesabatlara istinadən xəbər verir ki, Unibank qrupu 2021-ci ili 94 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, qrup 2020-ci ili 16 milyon 775 min manat xalis zərər ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
2020-ci ildə Unibankın faiz gəlirləri 94 milyon 113 min manat ikən, 2021-ci ildə 118 milyon 307 min manat təşkil edib. Qrupun qeyri-faiz gəlirləri isə 21 milyon 37 min manatdan 29 milyon 451 min manata yüksəlib.
Gəlirlər ilə bərabər ötən il Unibank qrupunun faiz, qeyri-faiz, inzibati və digər əməliyyat xərcləri çox artıb. Ötən il qrupun cəmi əməliyyat gəlirləri 159 milyon 297 min manat cəmi əməliyyat xərcləri 159 milyon 615 min manat, əməliyyat zərəri 318 min manat təşkil edib. Xatırladaq ki, 2020-ci ildə Unibank qrupunun cəmi əməliyyat gəlirləri 124 milyon 876 min manat, cəmi əməliyyat xərcləri 137 milyon 512 min manat, əməliyyat zərəri 12 milyon 636 min manat təşkil etmişdi.
KREDİT PORTFELİ ARTIB
Ötən il Unibank qrupunun kredit portfeli 31,5% artaraq 659 milyon 47 min manata çatıb.
31 Dekabr 2021-ci il tarixində qrupun cəmi aktivləri 1 milyard 17 milyon 845 min manat təşkil edib. 2020-ci ilin sonunda Unibank qrupunun cəmi aktivləri 806 milyon 906 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























