“Expressbank” 2021-ci il üzrə audit hesabatını açıqladı
“Expressbank” 2021-ci il üzrə audit hesabatını açıqlayıb. Hesabata görə, Bank ötən ili 10 milyon 569 min manat mənfəətlə başa vurub.
GƏLİRLƏRİ ARTIB
Ötən il “Expressbank”ın faiz gəlirləri 6% artaraq 41 milyon 607 min manat, haqq və komissiya gəliri 12.3% artaraq 10 milyon 409 min manat təşkil edib. Bankın haqq və komissiya xərci 7 milyon 757 min manat, işçi heyəti ilə bağlı, ümumi və inzibati xərcləri 28 milyon 78 min manat olub.
KREDİTLƏR PORTFELİ ARTIB
2021-ci ildə “Expressbank”ın cəmi aktivləri 350 milyon 35 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 12% artımdır. Bunun 255 milyon 815 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 26.2% böyüyüb.
KAPİTALI ARTIB
Bankın ötən il öhdəlikləri 16% artaraq 228 milyon 693 min manat, cəmi kapitalı 4.5% artaraq 121 milyon 342 min manat olub.
DEPOZİT PORTFELİNİN HƏCMİ ÇOXALIB
Depozit portfelində əvvəlki illə müqayisədə 31 % artım olmuşdur.
Xatırlatma etmək istərdik ki, beynəlxalq maliyyə agentliyi “Fitch Ratings” tərəfindən yüksək dəyər görmüşdür.
İqtisadi və maliyyə sektorunda adekvatlıq, müştəri portfelinin artım tempinin inkişafı, gəlir potensialı və şəffaflıq kimi kriteriyalarda dəyərləndirmə apararan “Fitch Ratings” agentliyi “Expressbank”ın fəaliyyətinə yüksək qiymət verərək Bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib. Fitch Ratings" agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) risk dərəcəsi ilə ölçülmüş aktivlərin 38%-ni təşkil etmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























