“BOKT Embafinans” uğurlarını davam etdirir, ötən il xalis mənfəəti artıb
“BOKT Embafinans” QSC 2021-ci ili 3 milyon 335 min 610 manat xalis mənfəət ilə başa vurub. QSC 2020-ci ili 2 milyon 829 min 413 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “BOKT Embafinans”ın xalis mənfəəti 506 min 197 manat və ya 17,9% artıb.
Marja.az təşkilatın audit olunmuş maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “BOKT Embafinans”ın faiz gəlirləri 9 milyon 626 min 587 manat, haqq va komissiya gəlirləri 177 min 549 manat təşkil edib. 2020-ci ildə təşkilatın faiz gəlirləri 10 milyon 88 min 437 manat, haqq va komissiya gəlirləri isə 217 min 166 manat təşkil etmişdi.
Faiz, inzibati xərclərinin və kredit zərərləri üzrə ehtiyata ayırmanın azalması hesabına “BOKT Embafinans”ın xalis mənfəətində artım baş verib.
Ötən il “BOKT Embafinans”ın cəmi gəlirləri 9 milyon 804 min 136 manat, cəmi xərcləri isə 6 milyon 468 min 526 manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə şirkətin cəmi gəlirləri 10 milyon 331 min 103 manat, cəmi xərcləri 7 milyon 501 min 690 manat təşkil etmişdi.
2020-ci illə müqayisədə 2021-ci ildə “BOKT Embafinans”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyon 39 min 790 manat və ya 8,5% artaraq 26 milyon 1 min 713 manata çatıb. Ötən il “BOKT Embafinans”ın cəmi aktivləri isə 4,6% artaraq 32 milyon 418 min 700 manata yüksəlib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























