Veysəloğlu Şirkətlər Qrupu nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir
Müsabiqə Deloitte şirkətinin təşkilatçılığı ilə həyata keçirilmişdir.(®) Best Managed Companies müsabiqəsinin məqsədi yüksək biznes fəaliyyəti ilə fərqlənən şirkətləri cəmiyyətə tanıtmaqdır.
Müsabiqə çərçivəsində şirkətlərin idarəedilməsi dörd meyar əsasında dəyərləndirilib. Burada söhbət strategiya, insan kapitalının inkişafı (aktivlər və innovasiya), öhdəlik (insan kapitalının cəlb edilməsi və liderlik) və maliyyə göstəricilərindən (biznes göstəriciləri və idarəetmə) gedir. Bu meyarlar dünyanın ən böyük konsaltinq və audit şirkətlərindən biri olan Deloitte-in son 30 il ərzində bu müsabiqəni beynəlxalq müstəvidə keçirərək topladığı təcrübə əsasında müəyyənləşdirilib.
Proqram zamanı müsabiqədə iştirak edən şirkətlər beynəlxalq standartlar çərçivəsində və biznes aləmində nüfuzlu müstəqil münsif heyəti tərəfindən qiymətləndiriliblər. Münsiflər eyni zamanda şirkətlərin ümumi biznes nəticələrini, korporativ sosial məsuliyyət strategiyasını və dayanıqlı inkişafı, həmçinin bu istiqamətdə nümayiş etdirdiyi səyləri dəyərləndirmişlər.
Azərbaycanda Best Managed Companies müsabiqəsi PAŞA Bank, Azərbaycan Dövlət İqtisad Universiteti, British Business Group və İctimai Televiziyanın tərəfdaşlığı ilə təşkil olunmuşdur.
28 ildir ki, ölkə iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. 19,500 nəfərdən çox insanın iş yeri olan Şirkətlər Qrupunda əməkdaşların fərdi və peşəkar inkişafı üçün geniş imkanlar yaradılıb. Veysəloğlu Şirkətlər Qrupu son illər ərzində ölkə iqtisadiyyatına 222 milyon manatdan çox yatırım edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 23 saat sonra
-
- 5 d. əvvəl
-
13 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
15 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
18 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
18 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib

























