Hollandiyanın GasTerra şirkəti Rusiya qazının pulunu rublla ödəməkdən imtina edib
Hollandiyanın qaz treyderi GasTerra şirkəti alının Rusiya qazının pulunu rublla ödənilməsilə bağlı Qazprom-un tələbinə əməl etməmək qərarına gəlib.
Marja.az xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
“Bu, Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların pozulmasına gətirib çıxara biləcəyi, həmçinin tələb olunan ödəniş üsulu ilə bağlı həddən artıq çox maliyyə və əməliyyat risklərinin olması ilə əlaqədardır”, - şirkət bildirib.
Tədarükün dayandırılması o deməkdir ki, hazırkı müqavilənin müddətinin baş çatması tarixi olan 2022-ci il oktyabrın 1-dək 2 milyard kubmetrə yaxın qaz verilməyəcək. GasTerra bunun tələb və təklifə necə təsir edəcəyini və Avropa bazarının ciddi nəticələr olmadan bu vəziyyətin öhdəsindən gələ biləcəyini proqnozlaşdırmaqda çətinlik çəkir.
Martın 31-də Rusiya Prezidenti Vladimir Putin qeyri-dost ölkələrdən olan alıcılar üçün Rusiya qazının tədarükünə görə ödənişin yeni qaydasını müəyyən edən fərman imzalayıb. Sənədə əsasən, belə alıcılar xarici valyutada vəsaitləri Qazprombank-a köçürməli, bank da öz növbəsində xarici valyutaya birjada rubl alıb idxalçının xüsusi rubl hesabına köçürməli, bu hesablardan da alınan qazın dəyəri satıcı şirkətə (Qazproma) ödənilməlidir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
47 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























