“Aqrarkredit”in portfeli və xalis mənfəəti artıb
“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı 2021-ci ili 1 milyon 191 min 229 manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 866 min 689 manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Aqrarkredit”in xalis mənfəəti 37,4% artıb.
Marja.az xəbər verir ki, “Aqrarkredit”in faiz gəlirləri 2020-ci ildə 17 milyon 324 min 823 manat ikən, 2021-ci ildə 13 milyon 463 min 890 manat təşkil edib (22,2% azalıb). Təşkilatın haqq və komissiya gəlirləri isə 355 min 229 manatdan 330 min 20 manata geriləyib.
2020-ci illə müqayisədə 2021-ci ildə “Aqrarkredit”in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 10 milyon 101 min 294 manat və ya 13,7% artaraq 83 milyon 958 min 58 manata yüksəlib. 2020-ci ilin sonunda Təşkilatın kredit portfeli 73 milyon 856 min 764 manat təşkil etmişdi.
31 Dekabr 2021-ci il tarixində “Aqrarkredit” 12 milyard 101 milyon 102 min 976 manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 11 milyard 685 milyon 748 min 289 manatını Azərbaycan Beynəlxalq Bankından alınmış aktivlər təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 d. əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
-
- 22 d. əvvəl
- 28 d. əvvəl
-
17 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 17 saat əvvəl
-
18 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Ən çox oxunanlar
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib






















