Türk lirəsinin yenidən ucuzlaşdığı bir dövrdə Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq - PROQNOZ
Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) növbəti faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, Mərkəzi Bankın faizini 14 faiz səviyyəsində sabit saxlayacağı gözlənilir.
Son məlumatlar inflyasiyanın yüksəlməsi tempinin davam etdiyini göstərib. Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatına görə, aprel ayında ölkədə illik inflyasiya 70%-ə çatıb. İqtisadçıların proqnozları göstərir ki, son 20 ilin ən yüksək səviyyəsinə çatan inflyasiyanın pik nöqtəsi hələ də müşahidə olunmayıb və artım daha bir neçə ay davam edə bilər.
İnflyasiyanın yüksəlməsinə baxmayaraq bir sıra qurumlar Mərkəzi Bankın faiz dərəcəsinin ilin sonuna qədər dəyişməyərək 14 faiz səviyyəsində qalacağını proqnozlaşdırırlar. Bəzi iqtisadçılar isə hesab edirlər ki, məzənnənin düşməsi üçün Mərkəzi Bank faiz artırmalıdır, bu da dolayı yolla inflyasiyanın aşağı düşməsinə səbəb olacaqdır.
Ötən ilin sonunda TCMB faizini tədricən 5 bənd azaldaraq 14 faizə endirmişdir.
Faizin azaldılması məzənnə böhranına və inflyasiyanın kəskin artmasına səbəb olsa da, fevralda Rusiyanın Ukraynaya hücumundan sonra artan qlobal enerji xərcləri qiymət artımlarını daha da sürətləndirib.
Keçən ilin son rübündə faizin aşağı salınması Türk lirəsinin dəyər itirməsinə səbəb olub və bu proses müharibənin təsirilə sürətlənib. Dollar və Avro bahalaşdığından idxal qiymətlərinin artması inflyasiyanı gücləndirib. Rusiyanın Ukraynaya hücumu səbəbilə uzun müddətdir dar dəhlizdə əməliyyat olunan Dollar/TL bu il maliyyə bazarlarında baş verən qlobal proseslərlə 20%-dən çox yüksəlib.
Mayın 24-də Dollar/TL məzənnəsi dekabrın 20-dən bəri ilk dəfə 16 səviyyəsini keçib. 2022-ci ilin əvvəlindən bəri məzənnədə artım 20 faizi aşıb (Türk Lirəsi 20% dəyərdən düşüb). Bu gün Bakı vaxtı ilə saat 08:14-də Dollar 16,37 türk lirəsinə bərbər olub.
Qlobal bazarlarda risk iştahı azalıb, dollarda bahalaşma müşahidə olunub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 23 d. əvvəl
- 32 d. əvvəl
-
43 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma







.jpg)


.jpg)



.jpg)









