“MCB BOKT” maliyyə göstəricilərini açıqladı - GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ ARTIB
“MCB Bank Olmayan Kredit Təşkilatı” QSC 2021-ci ili 659 min 121 manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 491 min 468 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “MCB BOKT”un xalis mənfəəti 34% artıb.
Marja.az təşkilatın audit olunmuş hesabatlarına istinadən xəbər verir ki, “MCB BOKT”un 2020-ci ildə maliyyə lizinqi üzrə faiz gəlirləri 1 milyon 718 min 353 manat ikən, 2021-ci ildə 1 milyon 839 min 594 manat təşkil edib (7% artıb).
2020-ci illə müqayisədə 2021-ci ildə “MCB BOKT”un portfeli (maliyyə lizinqi üzrə xalis investisiya) 57% artaraq 12 milyon 416 min 565 manata yüksəlib. 2020-ci ilin sonunda şirkətin portfeli 7 milyon 905 min 633 manat təşkil etmişdi.
Qeyd edək ki, 2009-cu ildən fəaliyyət göstərən “MCB BOKT” QSC geniş çeşidli lizinq məhsulları təklif edir. 12 Noyabr 2021-ci il tarixində Mərkəzi Bank şirkətə bank olmayan kredit təşkilatı lisenziyası verib. “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC Pakistanın "MCB Bank Limited" şirkətinin törəmə şirkətidir.
“MCB Bank Olmayan Kredit Təşkilatı” QSC-nin maliyyə göstəriciləri ilə daha ətraflı mcb.az saytında tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























