“Bank of Baku” audit olunmuş maliyyə göstəricilərini açıqladı – Bank böyüyüb, gəlirləri artıb

“Bank of Baku” ASC 31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatları və Müstəqil Auditorların Rəyini rəsmi İnternet səhifəsində dərc edib.
XALİS MƏNFƏƏTİ 2 DƏFƏDƏN ÇOX ARTIB
Marja.az audit olnmuş maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Bank of Baku” 2021-ci ili 33 milyon 284 min manat xalis mənfəət ilə bağlayıb. Bank 2020-ci ili 15 milyon 158 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Bank of Baku”nun xalis mənfəəti 2,2 dəfə artıb. 2020-ci ildə "Bank of Baku"nun ehtimal olunan kredit zərərlərinin bərpasından gəlir xaric xalis mənfəəti 5 milyon 56 min manat ikən, 2021-ci ildə 6 milyon 4 min manat təşkil edib. Ötən il “Bank of Baku”nun xalis mənfəətinin daha çox olması həm gəlirlərinin artmasından, həm də ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlirin artmasından qaynaqlanıb.
GƏLİRLƏRİ ARTIB
Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə “Bank of Baku”nun faiz gəlirləri 17,6% artaraq 62 milyon 898 min manat, haqq və komissiya gəlirləri isə 46,2% artaraq 8 milyon 694 min manat təşkil edib.
CƏMİ GƏLİRLƏRİ 100 MİLYON MANATI AŞIB
2021-ci ildə “Bank of Baku”nun cəmi gəlirləri 100 milyon 692 min manat, cəmi xərcləri isə 67 milyon 408 min manat təşkil edib. O cümlədən, gəlirlərin 27 milyon 280 min manatını borc maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlir təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə “Bank of Baku”nun cəmi gəlirləri 72 milyon 281 min manat, cəmi xərcləri isə 57 milyon 123 min manat təşkil etmişdi. O cümlədən, gəlirlərin 9 milyon 526 min manatını borc maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlir təşkil etmişdi.
KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB
2020-ci illə müqayisədə 2021-ci ildə “Bank of Baku”nun kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 121 milyon 594 min manat və ya 49,1% artaraq 369 milyon 185 min manata çatıb. İl ərzində Bankın cəmi aktivləri isə 100 milyon 068 min manat və ya 23,9% artaraq 519 milyon 455 min manata yüksəlib.
2020-ci illə müqayisədə 2021-ci ildə “Bank of Baku”da depozitlər (müştərilərə ödəniləcək məbləğlər) 25,3% artaraq 246 milyon 506 min manata çatıb.
“Bank of Baku”nun 31 dekabr 2021-ci il tarixinə Bakıda və digər şəhərlərdə 18 filialı (2020-ci ildə: 17) və 3 xidmət məntəqəsi (2020-ci ildə: 3 xidmət məntəqəsi) mövcud olub.
31 dekabr 2021-ci il tarixində “Bank of Baku”nun səhmdarları “NAB Holding” (35%), Hikmət İsmayılov (31.11%), “Azpetrol Neft Şirkəti” MMC (28.89%) və Elçin İsayev (5%) olub.
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 8 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 36 d. əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
16 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
17 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Rəsmi məzənnələr açıqlandı

BOKT-da növbədənkənar yığıncaq keçiriləcək

Azercell Amazon ilə tərəfdaşlıq qurur

Milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxunub: 10 İL - 299 şirkətin vasitəsilə dövlət vəsaitinin yeyintisi

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
Ən çox oxunanlar

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı
