“Azərbaycanda nərə balığı kvotası 10 min tona çatdırılmalıdır”
“Yer kürəsində təxminən 23 min, Xəzər dənizində isə 120 balıq növü var. Xəzərin Azərbaycana aid hissəsində isə 100-ə qədər balıq növü var”.
Bunu Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib.
O bildirib ki, bu vəziyyət təkcə bugünkü situasiyadan yox, 20 il ərzində baş verən proseslərin nəticəsində qiymətləndirilməlidir:
“Xəzər dənizi bioloji resurslarla o qədər də zəngin hövzə deyil. Amma 1920-ci ilin sonunda Xəzərə yeni növ daxil olub ki, bu da daraqlı meduzaya oxşayan canlıdır. Bu isə 90% zooplanktonu məhv edir. Bu da həmin zooplanktonla qidalanan kilkələrin həcminin azalmasına səbəb olur. 2011-ci ildə Xəzər dənizi üzrə bioloji resurslar komissiyası nərə balıqlarının kommersiyasına qadağa qoyub. Hər il bu qadağa qüvvədə saxlanılır. Son zamanlar İranda, Rusiyada, Azərbaycanda çoxlu nərə balığı yetişdirmək üçün akvakulturalar yaradılıb. O cümlədən də müxtəlif digər balıq növləri üzrə akvakultura təsərrüfat növləri yaradılıb. 2011-ci ildə Azərbaycanın kvotası 90 ton nərə balığı əti, 3,6 ton kürü idi. Hazırda akvakultura təsərrüfatları tərəfindən 400 tona qədər nərə balığı yetişdirilir. Bu da azdır. Ən yaxşı vaxtlarda Azərbaycanda 5000 ton nərə balığı kvotası var idi. Bu say yenə 5000 tona çatdırılmalıdır. Hətta o vaxt əhalinin sayı az idi, amma indi bu kvota hardasa 10 min tona qədər çatdırılmalıdır”.
Mehman Axundov qeyd edib ki, nərə balıqlarının artırılması çox vacibdir: “1950-ci illərin əvvəllərində Volqa çayında, Kür çayında elektrik bəndlər qurulub. Yeganə çay Uraldır ki, orada nərə balıqlarının təbii çoxalması baş verir. Nərə balıqlarının ehtiyatlarının yaradılması üçün süni balıqartırma zavodları fəaliyyət göstərir. Son zamanlar Xəzər dənizində bioloji resursları ehtiyatlarının bərpa olunduğunu müşahidə edirik, kilkə ehtiyatları da artır".
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
-
28 d. əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
Ən çox oxunanlar
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb















.jpg)





