BOKT "İnternational"ın xalis mənfəəti 2 dəfə artıb
BOKT "İnternational" QSC 2021-ci ili 410 min 553 manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 201 min 902 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə BOKT "İnternational"ın xalis mənfəəti 2 dəfədən çox artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az kredit təşkilatının maliyyə hesabatlarına istinadən xəbər verir ki, BOKT "İnternational" QSC-nin 2020-ci ildə faiz gəlirləri 6 milyon 478 min manat ikən, 2021-ci ildə 8 milyon 165 min manat təşkil edib (1 milyon 687 min manat və ya 26% artıb). Təşkilatın haqq və komissiya gəlirləri isə 2020-ci ildəki 141 min manatdan 2021-ci ildə 198 min manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
BOKT "İnternational" QSC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 5 milyon 348 min manat və ya 43,1% artaraq 17 milyon 752 min manata çatıb.
Bank Olmayan Kredit Təşkilatı "İnternational" Qapalı Səhmdar Cəmiyyəti 21.05.2013-ci il tarixində BKT - 12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Təşkilat təminatlı və təminatsız kreditlərin verilməsi, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə məşgul olur.
BOKT "İnternational" QSC 100% payla səhmdarı Həsənov Rifat Vaqif oğludur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























