Türkiyədə hər 5 gəncdən biri işsizdir
Türkiyə Statistika Xidməti (TÜİK) 2022-ci ilin 1-ci rübü üzrə məşğulluq və işsizlik məlumatlarını açıqlayıb.
Marja.az xəbər verir ki, 2022-ci ilin birinci rübündə yaşı 15 və yuxarı olan işsizlərin sayı əvvəlki rüblə müqayisədə 50 min nəfər artaraq 3 milyon 845 min nəfərə çatıb.
İşsizlik nisbəti isə 0,1 faiz bəndi artaraq 11,4% olub. İşsizlik nisbəti kişilər üzrə 10,2% ikən, qadınlar üzrə 13,7% təşkil edib.
2022-ci ilin birinci rübündə məşğul əhalinin sayı əvvəlki rüblə müqayisədə 188 min nəfər artaraq 29 milyon 964 min nəfər, məşğulluq səviyyəsi isə 0,1 faiz bəndi artaraq 46,6 faiz olub. Bu göstərici kişilərdə 64,0 faiz olduğu halda, qadınlarda 29,5 faiz olub.
2022-ci ilin birinci rübündə işçi qüvvəsi əvvəlki rüblə müqayisədə 238 min nəfər artaraq 33 milyon 809 min nəfərə çatıb.
15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki rüblə müqayisədə 0,3 faiz bəndi azalaraq 21,1 faiz olub (təxminən hər beş gəncdən biri işsizdir). Bu yaş qrupunda işsizlik səviyyəsi; Kişilər üzrə 18,5 faiz, qadınlar üzrə isə 26 faiz otəşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 d. əvvəl
-
-
21 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 47 d. əvvəl
- 50 d. əvvəl
- 53 d. əvvəl
-
59 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb





























