SOCAR konfrans təşkil edib - FOTOLAR
2022-ci il 10 may tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konfrans təşkil edib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, tədbirdə SOCAR-ın rəhbər heyəti, BANM-in müəllim və tələbə kollektivi iştirak edib.
Konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.
SOCAR-ın prezidenti vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf çıxış edərək həyatını xalqımızın rifahının yüksəldilməsinə həsr edən Ümummilli Liderin həm Sovet hakimiyyəti, həm də müstəqillik illərində Azərbaycanın hərtərəfli inkişafı naminə misilsiz xidmətlərindən danışıb.
Məhz ümummilli lider Heydər Əliyev tərəfindən 1969-1982-ci illərdə Azərbaycanda neft sənayesinin də inkişafı üçün genişmiqyaslı fəaliyyətin həyata keçirildiyini söyləyən Rövşən Nəcəf müstəqillik illərində Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyasının əsas istiqamətlərindən birinin də milli neft strategiyası olduğunu vurğulayıb.
Rövşən Nəcəf bildirib ki, gələcək nəsillərimizin bu təbii sərvətimizdən faydalanmasının təmin olunması Ulu Öndərin neft strategiyasının əsas istiqamətlərindən idi. Bu missiya Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla icra olundu. 2003-cü ildən sonrakı dövrdə milli strategiya dövlətimizin başçısı tərəfindən günün tələblərinə uyğun şəkildə formalaşdırılaraq davam etdirilir.
Daha sonra çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrindən, dünyanın qabaqcıl ölkələri və şirkətləri ilə “Əsrin müqaviləsi”nə dair aparılan danışıqlardan bəhs edərək bildirib ki, həmin müzakirələrin uğurla yekunlaşmasında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin diplomatik məharəti və peşəkarlığı xüsusi rol oynayıb.
O, həmçinin çıxışında Azərbaycan neftçilərinin daim ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirib. Qeyd edib ki, Ümummilli Lider Azərbaycanda neft sahəsində peşəkar kadrların formalaşmasını daim diqqət mərkəzində saxlayıb və bu istiqamətdə zəruri addımlar atıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ümummilli Liderin mənalı həyat yolundan, zəngin və çoxşaxəli irsindən danışaraq vurğulayıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə, dövrün ictimai-siyasi qanunauyğunluqlarına müvafiq şəkildə davam etdirilməsi nəticəsində milli tərəqqinin Azərbaycan nümunəsi adlı fenomen yaranıb.
Ümummilli Liderimizin ölkəmizdə gənc nəslin vətənpərlik ruhunda formalaşması istiqamətlərindəki xidmətlərindən bəhs edən 700 bal toplayaraq BANM-ə qəbul olmuş, Prezident təqaüdçüsü, 5-ci kurs tələbəsi Mahirə Əsədzadə isə çıxışında müasir gəncliyimizin ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil ölkəmizin daha da qüdrətlənməsi naminə “Dəmir yumruq” ətrafında sıx birləşdiyini diqqətə çatdırıb.
Sonda ulu öndər Heydər Əliyevin neft strategiyası və onun uğurlu nəticələrindən bəhs edən videoçarx nümayiş olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
29 d. əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
-
44 d. əvvəl
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
-
1 saat əvvəl
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Alüminium bazarında müharibə şoku
Martın 29-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
























